II Avropa Oyunları Belarusda keçirilə bilər

30.06.2015 | 3692 dəfə oxunub

İkinci Avropa Oyunları Belarusda keçirilə bilər.

Stadium.az xəbər verir ki, bu barədə yerli telekanallardan birinə müsahibəsində Belarusun Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti, Belarus prezidentinin bədən tərbiyəsi, idman və turizmin inkişafı üzrə köməkçisi Maksim Rıjenkov açıqlama verib.

O bildirib ki, Avropa Olimpiya Komitələri ikinci Avropa Oyunlarının Belarusda keçirilməsini təklif edib: “Əgər Avropa Olimpiya Komitələrinin tələblərinə uyğun şərtlər irəli sürsək, oyunlar Belarusda keçirilə bilər. Eyni zamanda oyunlara hazırlıqlar böyük xərclər tələb edir. Maliyyə aspekti bu məsələdə əsas şərtdir. Amma o da var ki, Azərbaycanda xüsusi olaraq oyunlar üçün böyük infrastruktur obyektləri tikiblər, ancaq Belarusda avarçəkmə kanalları, su-idman kompleksləri, arenalar artıq mövcuddur. Bu da ilkin xərcləri aşağı salır. Ancaq bununla belə atletlər, jurnalistlər və rəsmi şəxslərin qəbulu, onların qalmaq və yemək təminatı, logistika və yarışların yayımı da az pul tələb etmir”.

M.Rıjenkov onu da əlavə edib ki, Belarus hələ Avropa Oyunlarına ev sahibliyi etməkdən imtina etməyib. Qeyd edək ki, hələlik digər potensial namizədlər də imtina etməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail