Azərbaycan 56 medalla ikinci yeri tutdu

28.06.2015 | 5470 dəfə oxunub

Azərbaycan millisi ilk dəfə keçirilən Avropa Oyunlarında çıxışını başa vurub.

Stadium.az xəbər verir ki, 17 gün ərzində 20 idman növü üzrə davam edən yarış həm təşkilatçılıq, həm də idmançılarımızın çıxışı baxımından möhtəşəm uğurla nəticələnib.

Belə ki, Azərbaycan tarixində ilk dəfə belə mötəbər turnirə ev sahibliyi edib. Ölkəmizə “köhnə qitə”nin 50 ölkəsindən 6 mindən çox idmançı, o cümlədən 10 minə yaxın nümayəndə heyəti təşrif buyurub. Onların içərisində işğalçı ölkə Ermənistan da olmaqla, hər biri ölkəmizdə xoş təəssüratlar qazandığını əminliklə söyləmək mümkündü.

Bununla yanaşı, idmançılarımızın çıxışı həm Avropa, həm də xalqımız üçün sevindirici olub. Çünki tariximizdə ilk dəfə ən böyük heyətlə məhz Avropa Oyunlarına qatılmışıq. 291 atletimizin mübarizə apardığı yarış isə Azərbaycan üçün tarixi rekordla əlamətdar olub.

Yığmamız Bakı-2015-i 56 medalla başa vuraraq, qitənin ikincisi adını qazanıb. 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanan komandamız Avropanın şəksiz lideri olan Rusiyadan geri qalıb. Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Ukrayna və Türkiyə kimi nəhəngləri arxada qoyan millimiz Rio-2016 öncəsi azarkeşlərinə böyük ümid verib. Sonuncu – London Olimpiadasında 10 medal qazanan idmançılarımız potensialının daha böyük olduğunu və Cənub Amerikada daha yüksək nəticə göstərə biləcəyini nümayiş etdirə bilib.

Komandalarımızın üzvləri Avropa Oyunlarına daxil edilən 20 idman növünün 30 bölməsindən 12-də fəxri kürsüyə qalxıb.

Böyük ümidlər bəslənilən boks, taekvondo, güləş və karate etimadı tam doğruldaraq, qitənin ən yaxşılarından oldu. Təsadüfü deyil ki, bu növlərin 2-də Azərbaycan Rusiya da daxil olmaqla, hamını arxada qoydu. Güləşdə (3 növ üzrə) isə yalnız şimal qonşularımızdan geri qaldı. Lakin güləşdə də boks kimi rekord sayda – 6 çempionluq sevincimiz oldu.

4 idman növündə azarkeşlərimiz xoş sürprizə sevindi. İnkişaf yoluna yeni qədəm qoyan idman gimnastikası, batut və triatlon, həmçinin uzun müddətdi uğura həsrət qaldığımız qılıncoynatmada qazanılan medalların da dəyəri böyükdü. Çünki artıq bu növlərdə də perspektivli gənclərimiz yetişir.

Bu növlərlə bağlı bəzi məqamlar xüsusi diqqət çəkir. İdman gimnastımız Oleq Stepko eyni yarışda 5 medal qazanan ilk idmançımız kimi tarixə düşüb. O, 1 qızıl, 2 gümüş və eyni sayda bürünc mükafatla Bakı-2015-də 1-dən artıq medal qazanan yeganə atletimiz olub. Həmçinin, yarışda mükafat qazanan yeganə komandamız da gimnastikanı təmsil edib. Stepko ilə yanaşı, Eldar Səfərov və Petro Paknyuk komanda hesabında 3-cü yeri tutub. Qılıncoynatma növündə isə fəxri kürsüyə yüksələn Sevil və Sevinc bacıları da ilk imza atıb. Əkizlər gümüş və bürünc medal qazanmaqla, böyük yarışlar tarixində ilk dəfə 2 Azərbaycan bayrağının yanaşı yüksəlməsinə nail olublar. Bu uğur Avropa Oyunlarında daha bir dəfə təkrar edilib.

 

Medal qazandığımız digər 4 növdə isə ümidlərimizin tam doğrulmadığını söyləmək olar. Hər halda, daha böyük potensiala malik sambo, cüdo, bədii gimnastika və avarçəkmə qazanılan medalların sayı heç də gözlənilənləri əks etdirmir. Düzdü, 4 gümüş medalla ümumi sıralamada 4-cü olan sambo yığmamız ikinci yerlərlə təsəlli tapa bilər. Lakin bütün finallarını uduzulması, həmçinin son anda 3 “bürünc”ün əldən getməsi yarışı müsbət akkordla tamamlamağımıza imkan vermədi. Bədii gimnastikada isə buna hakim haqsızlığı mane oldu. Hərçənd, Marina Durunda 1 deyil, daha çox medal qazanmağa yaxın idi. Müxtəlif yarışlarda dəfələrlə çempion olan avarçəkənlərimiz doğma divarlar arasında qızıla həsrət qaldı. Cüdoçuların fiaskosunu paracüdoçular sığortaladı. Eyni vaxtda 2 idmançımızın – İlham Zəkiyevlə Zakir Mislimovun fəxri kürsüdə yer alması Bünyatova bacılarından sonra ikinci belə uğurumuz oldu. 14 çəki dərəcəsində cəmi 1 medal qazanıb bu idman növünün nüfuzunu kölgə altına salan cüdoçularımız meydan sahibi kimi qatılmalı olduğu komanda yarışlarına da çıxmadı.  

 

İdmançılarımız mübarizə apardığı 18 bölmədə mükafata həsrət qaldı. Bunlar arasında kamandan oxatma, üzgüçülük, sinxron üzgüçülük, suyatullanma, badminton, atletika, atıcılıq, BMX velosiped, dağ velosipedi, şosse velosipedi, akrobatika, aerobika, stolüstü tennis var. Bu komandalarımızdan şosse velosipedçilərimizə böyük ümidlər bəslənsə də, Maksim Averinin start xəttinə çıxmaması hər şeyi korladı.

 

Komanda növlərində mübarizə apardığımız su polosu, çimərlik voleybolu, voleybol, basketbol 3X3 növü və çimərlik futbolu növlərindən yalnız birində medala çox yaxın olduq. Ənənəvi iddialı olan qadın voleybolçulardan ibarət millimiz son 2 oyunu tay-brekdə uduzmaqla, medalsız qaldı.

 

291 idmançımızdan 54-ünün fəxri kürsüyə çıxması da yeni rekorddu. Digər idmançılarımızın böyük hissəsi isə yaşlarının az olması səbəbindən elə medal dəyərində olan böyük təcrübə qazandılar. Çünki qitənin güclü idmançıları ilə mübarizə aparmağın özü belə onların gələcək inkişafı üçün təkan ola bilər.

 

Beləliklə, Avropa Oyunlarını həm yığmamız, həm də ölkəmiz adına böyük nailiyyət hesab etmək olar. Çünki ən azından Azərbaycan yeni yaranan yarışın təməlini qoyaraq, növbəti ev sahibləri üçün əlçatmaz nümunə göstərdi.  

 

İdman növü

Qızıl

Gümüş

Bürünc

Cəmi

Avarçəkmə

0

1

0

1

Batut

0

0

1

1

Bədii gimnastika

0

1

0

1

Boks

6

1

4

11

Cüdo

1

2

1

4

Güləş

6

2

7

15

İdman gimnastikası

1

2

2

5

Karate

4

0

2

6

Qılıncoynatma

0

1

1

2

Sambo

0

4

0

4

Taekvondo

3

1

1

5

Triatlon

0

0

1

1

Cəmi

21

15

20

56

 

Avarçəkmə

Valentin Demyanenko – 2-ci yer (200 m, kanoe)

 

Batut

İlya Qrişunin – 3-cü yer (fərdi hərəkətlər)

 

Bədii gimnastika

Marina Durunda -  2-ci yer (lentlə hərəkət)

 

Boks

Elvin Məmişzadə (52 kq) – 1-ci yer

Albert Səlimov (60 kq) – 1-ci yer

Lorenzo Sotomayor (64 kq) – 1-ci yer

Pərviz Bağırov (69 kq) – 1-ci yer

Teymur Məmmədov (81 kq) – 1-ci yer

Abdulqadir Abdullayev (91 kq) – ci yer

Xaybulla Musalov (75 kq) - 2-ci yer

Tayfur Əliyev (56 kq) – 3-cü yer

Məhəmmədrəsul Məcidov (+91 kq) – 3-cü yer

Anna Əlimərdanova (54 kq) – 3-cü yer

Yana Alekseyevna(60 kq) – 3-cü yer

 

Cüdo

Orxan Səfərov (60 kq) – 2-ci yer

 

Paracüdo

İlham Zəkiyev (+90 kq) – 1-ci yer

Səbinə Abdullayeva (+57 kq) – 2-ci yer

Zakir Mislimov (+90 kq) – 3-cü yer

 

Güləş

Yunan-Roma güləşi

Rəsul Çunayev (71 kq) – 1-ci yer

Elvin Mürsəliyev (75 kq) – 1-ci yer

Rafiq Hüseynov (80 kq) - 2-ci yer

Sabah Şəriəti (130 kq) – 2-ci yer

Elman Muxtarov (59 kq) - 3-cü yer

Həsən Əliyev (66 kq) - 3-cü yer

 

Qadın güləşi

Mariya Stadnik (48 kq) – 1-ci yer

Anjela Doroqan (53 kq) – 1-ci yer

Natalya Sinişin (55) – 3-cü yer

 

Sərbəst güləş

Toğrul Əsgərov (66 kq) – 1-ci yer

Xetaq Qazyumov (97 kq) – 1-ci yer

Hacı Əliyev (61 kq) – 3-cü yer

Ruslan Dibirhacıyev (70 kq) – 3-cü yer

Cəbrayıl Həsənov (74 kq) – 3-cü yer

Camaləddin Maqomedov (125 kq) – 3-cü yer

 

İdman gimnastikası

Oleq Stepko – 1-ci yer (paralel qollar)

Oleq Stepko – 2-ci yer (gimnastika atı)

Oleq Stepko – 2-ci yer (fərdi çoxnövçülük)

Oleq Stepko – 3-cü yer (dayaqla tullanma)

Azərbaycan millisi (Oleq Stepko, Eldar Səfərov və Petro Paknyuk) – 3-cü yer (komanda yarışı)

 

Karate

Firdovsi Fərzəliyev (60 kq) – 1-ci yer

Rafael Ağayev (75 kq) – 1-ci yer

Ayxan Mamayev (84 kq) – 1-ci yer

İrina Zaretska (68 kq) – 1-ci

Niyazi Əliyev (67 kq) – 3-cü yer

İlahə Qasımova (55 kq) - 3-cü yer

 

Qılıncoynatma

Sevil Bünyatova – 2-ci yer (sablya)

Sevinc Bünyatova – 3-ci yer (sablya)

 

Sambo

İslam Qasımov (57 kq) – 2-ci yer

Amil Qasımov (74 kq) – 2-ci yer

Vasif Səfərbəyov (+100 kq) – 2-ci yer

Nəzakət Xəlilova (52 kq) – 2-ci yer

 

Taekvondo

Ayxan Tağızadə (68 kq) – 1-ci yer

Milad Beiqi Harçeqani (80 kq) – 1-ci yer

Radik İsayev (+80 kq) – 1-ci yer

Fəridə Əzizova (67 kq) - 2-ci yer

Patimat Abakarova (49 kq) – 3-cü yer

 

Triatlon

Rostislav Pevtsov – 3-cü yer

 

Qeyd: idman növləri əlifba sırası ilə düzülüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail