İsveçrəli idmançı: “Bu ədalətsizlikdir”

28.06.2015 | 2880 dəfə oxunub

Bakı 2015 ilk Avropa Oyunlarında ötən gün qılıncoynatma idman növü üzrə bürünc medal uğrunda mübarizəyə qoşulan İtaliya yığması şpaqa ilə komanda yarışını qalibiyyətlə bitirərək bürünc medala sahibləniblər.

Stadium.az Avropa Oyunlarının rəsmi saytına istinadən xəbər verir ki, ancaq yarış mübahisəsiz ötüşməyib. Belə ki, davam edən qarşılaşmanın sonuncu mərhələsində komandalar 38-38 xal hesabı ilə bərabərləşəndə İsveçrə komandası, yarışın ortasında isveçrəli Mişel Niqqelerin, italyan rəqibi Marko Fişer üzərinə hücumundan sonra qələbəni qeyd etməyə başlayıb.

Fişer həmin anda arenada rəsmilər ilə mübahisə etməyə başlayıb və hakimə bir neçə dəfə "qeyri-döyüş anı" deyə təkrarlayıb. 5 dəqiqə davam edən qızğın müzakirədən sonra İtaliya komandası rəsmi etiraza əl atıblar. Belə bir iddia irəli sürüblər ki, qılıncoynatmada tam xal qazanıldıqdan sonra oyun bitməli idi, çünki artıq hakim mübarizəni "qeyri-döyüş anı"kimi qiymətləndirmişdi.

Nəhayət İtaliyanın etirazı qəbul olunub.15 dəqiqədən sonra qılıncoynadanlar Niqqeler ilə Fişerə əlavə vaxt verilıb və onlar yenidən səhnəyə qayıdıblar. Saatda 32 saniyə qalmaqla, Fişer oyunun taleyini dəyişib və 44-40 hesabı ilə qələbədən sonra italyanlar bürünc medal qazanmağa müvəffəq olublar.

Lakin onların əldə etdikləri nəticə tamaşaçılar tərəfindən pis qarşılanıb. Həddindən artıq əsəbi olan Niqqeler, italiyalı yığma və məşqçisi ilə əl sıxsa da, onunla danışmağa cəhd göstərən Fişera ilə ünsiyyət qurmaqdan imtina edərək səhnəni tərk edib.

Onun komanda yoldaşı Brus Brunold, həmyerlisinin məğlubiyyətini ədalətsizlik adlandıraraq deyib: "Fikrimcə, bu ədalətsizdir. Həqiqətən elə bildik ki, oyunu bitirmişik. Biz üstünlük qazanmışdıq və hakimin, bir toxunuş, sözündən sonra Niqqeler qılıncla vurdu, biz əl sıxdıq və döyüş bitmişdi."

İtalyan Fişer isə qalibiyyət əldə etsə də, rəqibi Niqqerə görə məyus olduğunu bildirib: "Niqqer üçün çətin idi. Bunu bilirəm, lakin biz qaydalara riayət etməliyik. Başa düşürəm ki, o acıqlıdır. Amma düşünürəm ki, o sakitləşəndə, yenidən hər şey qaydasında olacaq. İsveçrəyə görə üzülürəm, amma komandam, məşqçim, İtaliya qılıncoynatma heyəti və özüm üçün sevinirəm."



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail