AFFA Çempionlar Liqasının finalından rəsmən imtina etdi

27.06.2015 | 8182 dəfə oxunub

Bakı 2017-ci ildə Çempionlar Liqasının finalını qəbul etmək üçün namizədliyini irəli sürməyəcək. Stadium.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov danışıb: 

"Belə stadiona malik olduğumuz halda Çempionlar Liqasının və ya Avropa Liqasının final matçlarının keçirilməsinə namizəd olmaq istərdik.Yaxın illərdə Bakının keçirməyi planlaşdırdığı tədbirlər siyahısı samballıdır. Bu tədbirlər arasında gənclər arasında futbol üzrə Avro-2016, "Formula-1”, Olimpiada, İslamiada var. Biz Avropa kuboklarının finalları barədə də düşünürük, amma bunlar hamısı hələlik ideyalarımızdır, onların yazılı təsdiqi yoxdur.Həmin il bizdə İslam həmrəylik oyunları planlaşdırılıb, "Formula-1”in mərhələsi də olacaq. Ona görə də istəmirik ki, bu hadisələr bir-birinə mane olsun. Futbol finalının keçirilməsi böyük qüvvə tələb edən nəhəng tədbirdir” deyə baş katib bildirib.

Keçmiş postsovet məkanında Avrokubokların finalı ilk dəfə Moskvanın "Lujniki" (2008) arenasında keçirilib. Avqustun 11-də isə Tbilisidə UEFA Superkuboku matçı baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail