"Avropa Oyunları dünyanın 145 ölkəsində yayımlanır"

26.06.2015 | 2397 dəfə oxunub

"Birinci Avropa Oyunlarında idmançıların bacarıq səviyyəsi yüksəkdir və onlar böyük əzmkarlıqla calışırlar".

Stadium.az trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, yarışlarda Azərbaycan yığma komandası 2-ci yerdədir. İlk dördlükdə Azərbaycanla yanaşı, Rusiya, Almaniya və Böyük Britaniya var:

"I Avropa Oyunlarında təmsil olunan Azәrbaycan komandası zәfәr günlәrini yaşayır. Azәrbaycan reytinqdә 2-ci yerdә qalıb. Sevinirik ki, bu yer indiyәdək bizdәdir. Әnәnәvi idman növlәri sahәsindә gözlәnilәn nailiyyәtlәrdәn savayı, dünәn qılıncoynatmada böyük qәlәbә oldu. Bünyatova bacılarının nailiyyәti bizi sevindirdi. Növbәti sevindirici mәqam tamaşaçıların marağıdır. İdman qurğularında yerlәrin 70-80 faizi tutulub. Tamaşaçılar bilet alıb oyunarı izləyirlər. Yeni idman mәdәniyyәti formalaşır".

A.Rəhimov könüllülərin işindən də razılıq edib: "Biz onlara təşəkkürümüzü bildiririk ki, onlar bütün günü çalışırlar. Onların bütün işlərdə köməyi çoxdur".

Nazir qeyd edib ki, yarışlar ümumilikdə 61 televiziya kanalı vasitəsilə dünyanın 145 ölkəsində yayımlanır: "824 milyon mәnzildә bu oyunlar izlәnilir. Açılış mәrasimi 120 ölkәdә canlı yayımlanıb. Yayım saatları tәxmini Soçi Olimpiya oyunları ilә eynidir. 253 medal komplektindәn 194 medal qazanılıb. 59 dәst medal 2 gün әrzindә idmançılara tәqdim olunacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail