Güləşçilərimiz İstanbulda ermənilərə divan tutdu

25.06.2015 | 3067 dəfə oxunub

Çempionatın ilk günündə mübarizə aparan sərbəst güləşçilərimizdən Vurğun Əliyev (60 kq) və Murad Süleymanov (74 kq) bürünc medal qazanıb.

Stadiumaz xəbər verir ki, ikinci yarış günündə 55, 66, 84 və 120 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub.

66 kq-da mübarizə aparan Teymur Məmmədov ilk görüşdə İsveçrədən olan rəqibini üstələsə də, Türkiyə təmsilçisi ilə gərgin keçən görüşdə uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşlərə qatılan güləşçimiz ardıcıl olaraq Estoniya və Ermənistan idmançılarını mübarizədən kənarlaşdırıb. Bürünc medal uğrunda həlledici görüşdə Teymur Gürcüstan idmançısına uduzub və çempionatı beşinci sırada tamamlayıb.

84 kq çəki dərəcəsində təmsilçimiz Hacımurad Məhəmmədsəidov ilk görüşdə Ermənistan təmsilçisini mübarizədən kənarlaşdırıb. Rusiya idmançısına uduzan güləşçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. İtaliya təmsilçisi üzərində tam üstünlük qazanan Hacımurad Polşa idmançısı ilə həlledici görüşə çıxıb. Rəqibinə heç bir şans verməyən güləşçimiz Avropa çempionatının bürünc medalına sahib olub.

120 kq-da mübarizə aparan Səid Həmidov mübarizəyə 1/4 finaldan qoşulub. Ukrayna və Rusiya idmançıları üzərində qələbə təmsilçimizi finala yüksəldib. Finalda rəqib Türkiyə təmsilçisi olub. Rəqibinə tam üstünlüklə qalib gələn Səid Həmidov Avropa çempionatının qızıl medalını qazanıb.

Beləliklə, gənclərin Avropa çempionatında sərbəst güləş yarışları başa çatıb. Sərbəst güləş yığmamızın üzvləri çempionatı 1 qızıl və 3 bürünc medalla başa vurub. Komanda hesabında güləşçilərimiz 47 xalla üçüncü pillədə qərarlaşıb. Türkiyə 62 xalla ikinci, Rusiya 72 xalla birinci olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail