Azərbaycan "Formula-1" yarışlarına 86 milyon dollar xərcləyəcək

24.06.2015 | 3231 dəfə oxunub

Gənclər və İdman naziri Azad Rəhimov gələn il Bakıda keçiriləcək "formula1" yadrışları ilə əlaqədar bildirib ki, ölkə gənc pilotları fəal şəkildə dəstəkləyəcək.

Stadium.az xəbər verir ki, o, həmçinin gələcəkdə milli komandanın yaradılmasını da istisna etməyib: “Əlbəttə, biz istərdik ki, mərhələlər bizim bayrağımızın altında keçirilsin, yarışlarda bizim pilotlar, komanda və sponsorlar iştirak etsinlər. Bu layihədə çox böyük potensial görürük. Əminəm ki, bir müddətdən sonra biz bu layihə ilə fəal məşğul olacağıq. Şübhə etmirəm ki, nüfuzlu yarış seriyasında iştirak etmək ölkəmiz üçün maraqlı olardı”.


Nazir həmçinin gələcəkdə yarışın Azərbaycanda gecə saatlarında, süni işıqlandırma şəraitində keçiriləcəyini bildirib.


2016-cı il mərhələsinə gəldikdə isə, o əmindir ki, Bakıya 11 mindən çox xarici fanat gələcək.


Hələlik "Formula-1" yarışının keçirilməsi üçün menecment rəhbəri ilə müqavilənin neçəyə başa gəldiyi məlum deyil. Nazir qeyd edib ki, bu, kommersiya sirridi: “Əslində mən müqavilə şərtlərini açıqlaya bilmərəm, çünki bu, kommersiya sirridir. Lakin onu deyə bilərəm ki, birinci mərhələnin təşkili üçün 66 milyon dollardan 86 milyon dollaradək vəsait xərcləməli olacağıq”.(oxu.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail