Rumıniyalı futbolçu rəsmən "Qəbələ"də

23.06.2015 | 3413 dəfə oxunub

2015/2016 mövsümü öncəsi heyətini gücləndirməkdə davam edən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. 

Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mövsümlərarası fasilədə Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonovu və Vojislav Stankoviçi heyətinə qatan “qırmızı-qaralar” 10-cu transferini reallaşdırıb. Komandamız rumıniyalı futbolçu George Floresku ilə dünən axşam saatlarında 1,5 illik müqavilə imzalayıb. 31 yaşlı yarımmüdafiəçinin son komandası Rumıniyanın "Astra" klubu olub. Zəngin karyeraya malik futbolçu ardıcıllıqla "Universitatya" (Kluj, Rumıniya, 2001-2004), "Şerif" (Moldova, 2004-2006), "Torpedo" (Moskva, Rusiya, 2006-2007), "Mityullann" (Danimarka, 2008-2010), "Alaniya" (Rusiya, 2010), "Arsenal" (Kiyev, Ukrayna, 2011-2013), "Astra" (Rumıniya, 2013), "Dinamo" (Moskva, Rusiya, 2013-2014)  klublarının şərəfini qoruyub.

George Floresku ölkəsinin U-21 (11 oyun) və əsas milli komandalarının (11 oyun) formasını geyinib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail