Bokçularımız 1/4 finalda YENİLƏNİB

19.06.2015 | 3877 dəfə oxunub

Boks yarışları davam edir.

Stadium.az xəbər verir ki, ölkəmizi təmsil edən idmançılar döyüşəcəklər.

İlk olaraq Teymur Məmmədov mübarizəyə qoşulacaq. O, 1/16 final mərhələsində İngiltərə idmançısı ilə qarşılaşacaq. İngiltərəli idmançını məğlub edərək səkkizdəbirfinala vəsiqə qazanan Məmmədov bu gün polşalı idmançı ilə qarşılaşacaq.

Boks

Kişilər

56 kq

Yığmamızın üzvü Tayfur Əliyev mübarizəyə 1/8 finaldan qoşulub. İlk döyüşündə rumıniyalı Nikolae Andreiana ilə qarşılaşan Avropa çempionatının gümüş medalçısı inamlı qələbə qazanıb. O, rəqibini məğlub etməkdə ciddi çətinlik çəkməyib - 3:0 (30:27; 29:28; 30:27). Əliyev 1/4 finalda Fredrik Yensenlə (Danimarka) gücünü yoxlayacaq. Görüş iyunun 22-də saat 14:00-da olacaq.

 

81 kq

Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov mübarizəni 1/8 finaldan davam etdirib. Əvvəlki mərhələdə Böyük Britaniya təmsilçisi Coşua Buatsini üstələyən həmyerlimiz bu dəfə polşalı Yordan Kulinskini mübarizədən kənarlaşdırıb. Boksçumuz rəqibini 3:0 (29:28; 30:27; 29:28) hesabı ilə məğlub edib. Məmmədov 1/4 finalda Peter Millenberqi sınağa çəkəcək. Qarşılaşma iyunun 22-də saat 20:45-də olacaq.

 

+91 kq

Əsas medal ümidlərimizdən olan ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov da yarışa 1/8 finaldan qoşulub. Komandamızın kapitanı 1/16 finalda ukraynalı Vladislav Sirenkonu məğlub edən Gürcüstan təmsilçisi Mixail Baxtidzeni sınağa çəkib. Təmsilçimiz həmişəki kimi bu dəfə asan qələbə qazanıb. O, rəqibini aşkar üstələyib - 3:0 (30:26; 30:26; 30:24). Məcidov yarımfinala gedən yolda Ali Demirezenlə üz-üzə gələcək. Döyüş iyunun 22-də saat 21:00-da start götürəcək.

Qadınlar

51 kq

Qadın boksçularımız arasında rinqə ilk olaraq Anaxanım Ağayeva çıxıb. Gənc idmançımız 1/8 finalda qitə çempionatının ikincisi olmuş təcrübəli Sandra Drabiklə (Polşa) döyüşüb. Qarşılaşma boksçumuz üçün uğurlu alınmayıb və rəqib 3:0 (40:36; 40:36; 40:36) hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib.

75 kq

Azərbaycanı bu çəkidə təmsil edən Leyla Cavadova 1/8 finalda rusiyalı Yaroslava Yakuşina ilə üz-üzə gəlib. Gərgin keçən görüş boksçumuzun məğlubiyyəti ilə başa çatıb. Cavadova 0:2 (38:38; 36:40; 37:39) hesabı ilə uduzub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail