Çempion olan və prezidentə əsgər salamı verən Sadıq Sadıqovun döyüşçüsü: "Bir Azərbaycan əsgəri olaraq qürur duyuram" VİDEO

14.06.2015 | 5464 dəfə oxunub

"Dünya çempionatına gedəndə mən bir ay idi ki, əsgər idim. Hazırda isə əsgərliyimin bitməsinə 1 ay qalıb. Bir Azərbaycan əsgəri olaraq qürur duyuram ki, ölkəmizə həm bir əsgər kimi, həm də idmançı kimi medal gətirirəm".

Stadium.az xəbər verir ki, bu sözləri "Bakı-2015" birinci Avropa Oyunlarında yunan-Roma güləşində "Neftçi İdman Klubu"nun qızıl medal qazanmış və qələbəsini ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə hərbi salam verən Azərbaycan təmsilçisi Rəsul Çunayev deyib.

O, finala gedən yolundan belə bəhs edib: "Finalda qalib gəldiyi Macarıstan idmançısı ilə indiyədək 4 dəfə qarşılaşmışdıq, 2 dəfə mən, 2 dəfə də o qalib gəlmişdi. O, ötən dəfə Bakıda udmuşdu. Bu, mənim üçün revanş oldu. İlk hissədə 4 xal aldım. Sonra müdafiəyə çəkildim, çünki yarış qabağı xəstələnmişdim. nəfəsim çatmırdı. Öz vətənimizdə qızıl medalı başqa kiməsə vermək fikrində deyildim və buna da nail oldum. İlk görüşdə Moldovalı güləşçi ilə qarşılaşdım. O, bu il 23 yaşlılar arasında Avropa çempionu olmuşdu. Çox çətin görüş keçdi. Ondan sonra təcrübəli xorvat idmançı ilə qarşılaşdım. Oonun üzərində də qələbə qazandım. Yarımfinalda isə bolqar idmançısını asanlıqla məğlub etdim. Finalda da qalib gəldim".

Avropa Oyunlarının qalibi ilk görüşdəki nisbətən zəif çıxışını da xəstəliyi ilə əlaqələndirib: "Dediyim kimi xəstə idim. Bu səbəbdən birinci görüş çətin keçdi. 6:0 irəlidə idim, amma fikirləşdim ki, 8:0 olmalıdır. hakim 2 xalımı vermədi. Bundan sonra müdafiəyə çəkildim. Çünki nəfəsimə qənaət etməli idim. Sonra isə xal verərək vaxtı keçirirdim ki, sonda qələbə qazanım. Buna da nail oldum".

O, qələbəsini bundan əməyi olan bütün insanlara, başda ölkə başçısı olmaqla Azərbaycan xalqına həsr etdiyini deyib: "Başda cənab Prezident olmaqla bizim Azərbaycana ancaq qələbə yaraşır. Sevinirəm ki, Avropa Oyunlarında güləşçilər arasında ilk qızıl medalı ölkəmizə qazandırdım".

71 kq çəki dərəcəsində mübarizə aparan Rəsul Çunayev çempionluq adı uğrunda mübarizədə Macarıstan idmançısı Balint Korpasını məğlub edərək qızıl medala layiq görülüb.

"Neftçi İdman Klubu"nun prezidenti və rəhbəri Sadıq Sadıqovdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail