Ayxan da çempion oldu! YENİLƏNİB

14.06.2015 | 6682 dəfə oxunub

Karate yarışları davam edir.

Stadium.az xəbər verir ki, bu gün "Bakı2015"də üçüncü günün oyunları keçirilir. Karate yarışlarında isə ikinci oyun günüdür. Bir neçə karateçimiz görüşə çıxır.

84kq çəkidə Şahin Atamov ilk oyununa çıxdı. B qrupunda Türkiyəli Erkan Enes ilə qarşılaşan Atamov 10-1 hesabı ilə məğlub oldu. Üçüncü görüşünü yunan idmançıya qarşı keçirən Şahin bu görüşdə də məğlub olaraq mübarizəni dayandırdı.

Tural Balyanlı isə ilk oyunda Andorra idmançısına 5-0 hesabı ilə qalib gəldi. Bu qrupun ilk oyunu idi. 84 kq çəkidə Ayxan Mamayev qrupdakı ilk görüşündə Yunanıstan idmançısı ilə bərabərə qald. İkinci döyüşünü Ukrayna idmançısına qarşı keçirdi. Mamayev bu oyunda da qələbə qazanmağı bacardı. 6-3 hesabı ilə qalib gələn Ayxan, növbəti mərhələyə yüksəldi. Ayxan Mamayev kumite yarışında Fransız idmançı ilə qarşılaşaraq 6-1 hesabı ilə qələbə qazandı. Ayxan Mamayev yarım finalda Kosova idmançısı ilə qarşılaşdı. İdmançımız rəqibini 6-1 hesabı ilə məğlub edərək finala vəsiqə qazandı. Digər yarım final görüşündə Türkiyə və Yunanıstan idmaçıları üz-üzə gəldi. Bu görüşdən yunan idmançısı qalib gələrək idmançımızın finaldakı rəqibi oldu. Ayxan Mamayev bu rəqibini də məğlub edərək çempion oldu.

Qadınların kata yarışında isə Ədilə Qurbanova Xorvatiya idmançısına 5-0 hesabla məğlub oldu. 68kq çəki dərəcəsində İrina Zaretska qrupun ilk oyununda yunan idmançısına 1 hesabı ilə qalib gəlib. O ikinci görüşünü Monteneqro yarışçısına qarşı keçirəcək.  Aytən Səmədli İsveç təmsilçisinə 9-1 məğlub oldu. Zaretska yarımfinalda Monteneqri idmançısına qalib gələrək finala vəsiqə qazandı. O, finalda Avstrya idmançısı ilə üz-üzə gələcək. İrina Zaretska Avstryadan olan idmançını 8-1 hesabı ilə məğlub edərək qızıl medalın sahibi oldu.

Aytən Səmədli İsveç təmsilçisinə 9-1 məğlub oldu. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail