Avstriyalı idmançıları vuran sürücünün oğlu danışdı

12.06.2015 | 5095 dəfə oxunub

İyunun 10-da Bakı şəhərində I Avropa Oyunları ilə əlaqədar paytaxta gəlmiş əcnəbiləri daşıyan,  üç idmançının yaralanması ilə nəticələnən avtobusun qəzaya uğraması günün əsas mövzusuna çevrilib. Stadium.az xəbər verir ki, özünü qəzanı tərədən avtobus sürücüsünün oğlu kimi təqdim edən  Orxan Əhmədov adlı “Facebook”  istifadəçisi sosial şəbəkədə xəbərlə bağlı bunları paylaşıb :
 
“Səbəbini bilmədiyiniz mövzuda danışmayın. Qəza törədən avtobus sürücüsü mənim atamdır. Onun heç bir günahı yoxdur”.
 
Orxan Əhnədovun "Facebook"da yazdığı statusun sonunda qeyd etdiyi mobil nömrə ilə əlaqə saxlayıb hadisənin təfərrüatını öyrənməyə çalışdıq. “Azadlıq”a açıqlama verən sürücünün oğlu qəzaya səbəb avtobusda yaranan nasazlığın olmasını bildirib : “Hadisə ilə bağlı ətraflı məlumatı atam özü verəcək. Məndə olan məlumata görə avtobusda anidən nasazlıq yaranıb və hadisə qaçılmaz olub”.
 
Avstriya Olimpiya Komitəsi də üç sinxron üzgüçü atletlərin qəzaya düşməsini təsdiqləyib. Qızlar səkidə piyada gəzərkən xidməti avtobus tərəfindən vurulub. Avstriya Olimpiya Komitəsinin rəsmi saytının yazdığına görə, xəsarət alanlar Verena Breit, 15 yaşlı Vanessa Sahinovic və Luna Pajerdir. Hər üçü üzgüçüdür, 15 yaşları var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail