"Bakı-2015": Yığmamızın heyəti açıqlandı

05.06.2015 | 3539 dəfə oxunub

Avropa Oyunlarına qatılacaq Azərbaycan velosipedçilərinin adları açıqlanıb. Stadium.Az xəbər verir ki, yığmamızın 7 idmançısı Bakı-2015-də sürətini yoxlayacaq.

Belə ki, Oyunlarda şosse velosipedinin 2 növü - fərdi və qrup ötüşməsi üzrə yarışlar keçiriləcək. Fərdi ötüşmə üzrə kişi və qadınlar arasında yürüşlər iyunun 18-də Bilgəhdə, qrup ötüşməsi üzrə yarışlar isə qadınlar arasında iyunun 20-də, kişilər arasında iyunun 21-də paytaxt küçələrində təşkil ediləcək. Avropa Oyunları zamanı iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayacaqlar. Azərbaycan Oyunların qrup ötüşməsində kişilər arasında 3 idmançı Elçin Əsədov, Maksim Averin və Samir Cəbrayılovla təmsil olunacaq. Qadınların qrup ötüşməsində isə Ülfət Nəzərli və Yelena Pavluxina çıxış edəcək. Bundan başqa, Elçin Əsədov, Maksim Averin və Yelena Pavluxina fərdi ötüşmədə də mübarizə aparacaq.

Avropa Oyunlarında iştirak edəcək qadın və kişi velosipedçilər iyunun 13-də Dağ Velosipedi Parkında (Atıcılıq Kompleksinin yanı) medallar uğrunda mübarizə aparacaqlar. Dağ velosipedində (mountenbayk - MTB) Azərbaycanı kişilər arasında 2 idmançı təmsil edəcək və onlardan biri artıq məlumdur. Bu, Aqşin İsmayılovdu. İkinci idmançıya gəlincə, məşqçilər korpusu Oyunlaradək Aqşin Bağırlı və Orxan Məmmədov arasında seçim edəcək. Qadınlar arasında Ülfət Nəzərlinin yarışda iştirakı planlaşdırılır. Bu növdə də iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları toplayacaqlar.

Bakı-2015 ilk Avropa Oyunları zamanı qadın və kişi idmançılar iyunun 26-28-də Velopark ərazisindəki BMX parkında mübarizə aparacaqlar. Ölkəmiz üçün yeni idman növü olan BMX yarışlarında Azərbaycan təmsilçisi olmayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail