"Bakı-2015" Afrikada da yayımlanacaq

05.06.2015 | 3106 dəfə oxunub

Bu gün Bakı Avropa Oyunları Əməliyyat Komitəsi “Fox Sport Afrika” teleyayım şirkəti ilə müqavilə imzalayıb.

Stadium.Az xəbər verir ki, bununla da, Afrika qitəsinin 25 dövlətindəBirinci Avropa Oyunları yayımlanacaq.

Ərəb dövlətləri yayım birliyi ilə ötən ilin oktyabrında imzalanmış müqavilə Şimali Afrika və Yaxın Şərq ölkələrində idman azarkeşlərinin Bakı 2015-i izləməyinə imkan verir. Bu gün imzalanan saziş isə Oyunların Afrika qitəsinindaha böyük hissəsinə yayımlanmasına təkan verəcək.

Kabel televiziyası olan “Fox Sport Afrika” yarışları, eləcə də açılış və bağlanış mərasimlərini Fox Sport və Fox Sport-2 kanalları ilə ingilis və fransız dillərində yayımlayacaq.

Bu müqavilədən sonra, Avropadan kənarda Oyunların yayımlanacağı ölkələrin sayı 75-ə çatıb. Bu da qeyri-Avropa ölkələrində 579 milyon evdə yarışların izlənməsinə şərait yaradacaq.

Yeni yayım müqaviləsi ilə bağlı Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq aşağıdakıları bildirib: “Afrika dünya idmanı üçün çox mühüm əhəmiyyət kəsb edən qitə və kommersiya cəhətdən inkişaf edən bazardır. Bu tədbir, Birinci Avropa Oyunları olduğu üçün, yararlana biləcəyimiz mövcud təcrübə yoxdur. Lakin Bakı 2015-ə yeni tərəfdaşımız “Fox Sport Africa” yayım şərkəti də daxil olmaqla dünya yayımçıları tərəfindən böyük maraq göstərilməsindən şadam”.

Açılış mərasiminə bir həftə qalmış, Oyunların sehrini dünyanın bütün qitələrində paylaşacağımızı bilmək bizə möhtəşəm hisslər yaşadır”.

“Fox Sport Africa” televiziya şirkətinin kanallar üzrə direktoru cənab Kristian Serimel də müqavilə ilə bağlı fikirlərini bildirib: “Biz, izləyicilərimizə hər zaman yeni və maraqlı idman tədbirləri təqdim etməyə çalışırıq. Bakı 2015 Avropa Oyunlarının Afrikada da böyük maraqla izlənəcəyinə şübhəm yoxdur. Elit idman tədbiri beynəlxalq marağa sahib olur. Biz, dünya idman tarixinin yeni və önəmli tədbirinin bir qolu – Bakı 2015-in tərəfdaşı olmaqdan qürur duyuruq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail