Avropa Oyunlarının məşəli Xaçmazda

03.06.2015 | 3218 dəfə oxunub

Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli Azərbaycanın şimal bölgəsinə səyahətini davam etdirir. Stadium.Az xəbər verir ki, Xızı, Qusar və Quba rayonlarından sonra məşəlin növbəti qarşılanma mərasimi iyunun 3-də Xaçmaz şəhərində keçirilib.

Xaçmaza gətirilən məşəl şəhərin Bakı prospektində qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanıb. Məşəl xaçmazlı fəal gənc Mübariz Həsənov tərəfindən qəbul olunub. Sonra 12 nəfər məşəlçinin yürüşünə start verilib. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Bakı prospekti boyunca 4 min 100 metr məsafəni qət edərək Bayraq Meydanına gəliblər. Cüdo üzrə beynəlxalq yarışların mükafatçısı Vasif Talıblı burada quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıb. Məşəlin alovlandırılmasını izləyən xaçmazlılar bu tarixi hadisəni alqışlarla qeyd ediblər.

Sonra isə İsmət Qayıbov adına Xaçmaz şəhər 3 saylı məktəbin IX sinif şagirdi Arzu Əskərova Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılmaq üçün Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verib.

Mərasim iştirakçıları birinci Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarxı maraqla izləyiblər.

I Avropa Oyunları məşəlinin qarşılanma mərasimi iyunun 4-də Şabran rayonunda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail