"Bakı-2015": Fransız gimnast "bürünc"lə gəlir

03.06.2015 | 3050 dəfə oxunub

Fransalı bədii gimnast Marina Brevet Beynəlxalq Flandra turnirində 3-cü olub. Stadium.Az xəbər verir ki, o, yalnız brazilyalılardan geri qalıb 

Brevet Belçikanın Qent şəhərində keçirilmiş bədii gimnastika üzrə komandalararası beynəlxalq Çellenc turnirini brazilyalı Flavia Sariva və Rebeka Andraddan sonra 3-cü yerdə tamamlayıb.

Bakı 2015 Avropa Oyunlarının iştirakçısı olan Brevet, Belçikadakı yarışı 55.050 xalla bitirib. Flavia Sariva və Rebeka Andrad isə müvafiq olaraq 55.800 və 55.350 xal toplayıb.

Belçikada keçirilmiş yarışda Bakı 2015-də yarışacaq bir çox idmançı da iştirak edib.

Belçikalı Liza Verşuren yarışı 7-ci yerdə, hollandiyalı Lik Vever isə alman Sofi Şeder və ispan Ana Perezi qabaqlayaraq 8-ci yerdə bitirib.

Hollandiyalı gimnast Liza Top və fransalı Valentin Pikul yarışı 11-ci, almaniyalı Elizabet Zayt isə 13-cü yerdə tamamlayıb. İspaniyalı Klaudi Kolom 22-ci, belçikalı Kindi Vandenhol və Qael Miz 23, 25-ci yerlərdə, avstriyalı idmançı Casmin Mader isə 29-cu yerdə qərarlaşıb.

İki yeniyetmə və iki təcrübəli idmançı ilə yarışa qatılan Braziliya, komandalararası Çellenc yarışında 221.350 xal qazanaraq qalib olub.

Almaniyalı gimnastlar Şeder və Zayt fransalı idmançılar Brevet, Pikul və Ana Kum, belçikalı Miz , Vanderhol və Verşureni qabaqlayaraq yarışı 216.500 xalla ikinci yerdə başa vurublar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail