"Bakı-2015": Məşəlin paytaxt marşrutu açıqlandı
"Bakı-2015" birinci Avropa Oyunlarının məşəl səfərinin iyunun 12-də keçiriləcək Açılış Mərasimində Olimpiya Stadionuna gətirilməzdən əvvəl iyunun 7-10-da paytaxt Bakı şəhərindən keçəcəyi marşrut açıqlanıb. Stadium.Az xəbər verir ki, bu gün bununla bağlı keçirilən mətbuat konfrasında bildirilib ki, məşəl bazar günü iyunun 7-də yenidən qurulmuş Ağ Şəhər bulvarına, Neftçilər prospektinə və Dövlət Bayrağı Meydanına səfər etməzdən əvvəl qayıqla möhtəşəm üslübda Bakıya gətiriləcək. Sonra məşəl Bakıda qalacağı bir gecəlik müddətdə Qız Qalasına gətiriləcək.
Bazar ertəsi iyunun 8-də məşəl Bakı 2015 Avropa Oyunlarının keçiriləcəyi doqquz məkandan keçəcək. Həmin məkanlara Heydər Əliyev adına İdman Arenası, Milli Gimnastika Arenası, Kristal Zal, Bakı Su İdmanı Mərkəzi, Bilgəh Çimərliyi, Tofiq Bəhramov adına Stadion, Basketbol Arenası, BMX Veloparkı və Dağ Velosiped Veloparkı daxildir.
"Bakı-2015" məşəli çərşənbə axşamı iyunun 9-da bir çox tarixi önəmli binalara aparılaraq UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilən gözəl İçərişəhərə səyahət edəcək. Buraya UNESCO-nun Azərbaycan arxitekturasının mirvarilərindən biri kimi adlandırdığı məşhur Şirvanşahlar Sarayı da daxildir.
Məşəlin növbəti səfəri çərşənbə günü iyunun 10-da Bakının mədəniyyət və memarlıq obyektlərinə - Nizami küçəsinə, Fəvvarələr meydanına, Mərkəzi Parka (Qış Parkı), Filarmoniya Parkına və nəhayət, Funikulyorun yuxarı hissəsində yerləşən Dağüstü Parka ediləcək.
"Bakı-2015" məşəli cümə axşamı iyunun 11-də final üçün Qız Qalasından götürüləcək və iyunun 12-də açılış mərasiminin keçiriləcəyi Milli Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən Sadko limanına aparılacaq.
Azərbaycanın gənclər və idman naziri və Bakı 2015-in İcraçı direktoru Azad Rəhimov deyib ki, Oyunların başlamasına cəmi 10 gün vaxt qalıb: "Amma biz artıq Oyunların keçirilməsinə tam hazırıq. Bakı bütün qonaqları qarşılamağa hazırdır. Məşəlin səfəri bütün ölkədə azərbaycanlıların ürəyinə Bakı 2015 ruhunu gətirib. Bu, Azərbaycan üçün həlledici an olmazdan öncə, sevinc və həyəcan yaradaraq Bakı ictimaiyyətini birinci Avropa Oyunlarının sehrinə cəlb edəcək".
Qeyd edək ki, "Bakı-2015" məşəli aprelin 26-da Atəşgah məbədində alovlandırılıb. Məşəl həmin vaxtdan etibarən Avropa Oyunlarının ismarıcını yayaraq və bütün əhalini təntənəli yarışlar ərəfəsində Oyunlara cəlb edərək Azərbaycanın bütün bölgələrinə səfər edib. Məşəl Bakıya gəlməzdən əvvəl ölkənin daha 60 bölgəsinə səfər etmiş olacaq və əhalinin 99 faizinə göstəriləcək.
Tədbirdə Prezident İlham Əliyevin "Bakı-2015" birinci Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində necə alovlandırıldığına dair videoçarx nümayiş etdirilib.
"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komtəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Avropa Oyunlarının açılış mərasiminə cəmi 10 gün qalıb, amma BEGOC artıq bir çox sahələrdə əməliyyatları tam həcmdə apara bilib: "Məşəl Azərbaycanın hər bir bölgəsinə səyahət etdi. Marşrut elə seçildi ki, məşəl ölkə əhalisinin hər bir sakininə göstərilsin. Məşəlin Bakıya gətiriləcəyi an yaxınlaşdıqca həyəcan artır. Bakı artıq idmançıları qəbul etməyə hazırdır. Paytaxtda ecazkar Avropa Oyunları izləyəcəyik".
Açılış mərasimində Milli Olimpiya Stadionunda Avropa Oyunları məşəlinin kim tərəfindən alovlandırılacağı barədə məlumat hələlik açıqlanmayıb (trend).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |