Ukraynada "Bakı-2015" yürüşü

01.06.2015 | 2657 dəfə oxunub

Ukraynanın paytaxtı Kiyevdə ilk Avropa Oyunları ilə bağlı bayram yürüşü keçirilib.

Stadium.Az xəbər verir ki, Azərbaycan-Ukrayna Beynəlxalq Alyans, “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı və Trend İnformasiya Agentliyinin informasiya dəstəyi ilə baş tutan bayram yürüşündə Kiyevin tanınmış “Super Barabanşiçı” (Супер Барабанщицы) ansamblı şəhərin mərkəzi Xreşatik küçəsində I Avropa Oyunlarının loqosu olan bayraqlarla birgə marş keçiriblər.

Şəhərin mərkəzində bayram yürüşü zamanı, həmçinin paytaxtın sakinlərinə və qonaqlarına I Avropa Oyunları ilə bağlı bukletlər, jurnallar paylanılıb, onlara Oyunlar barədə ətraflı məlumat verilib.

“Super Barabanşiçı” ansamblının iştirakı ilə bir gün sonra ümummilli lider Heydər Əliyevin abidəsi qarşısında daha bir bayram yürüşü keçirilib. Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklillər qoyulub. Abidə önündə çıxış edən Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov bildirib ki, Azərbaycan ilk Avropa Oyunlarının məsuliyyətini dərk etməklə bir daha idman ölkəsi olduğunu sübut edib. O bildirib ki, Azərbaycanda ilk Avropa Oyunları uğurla həyata keçiriləcək və bir daha gücümüz dünyaya bəyan olacaq.

Trend İnformasiya Agentliyinin baş redaktorunun müavini, "Düşüncə" İctimai Birliyinin sədri Emil Hüseynli isə çıxışında deyib ki, Azərbaycan I Avropa Oyunlarına yüksək standartlar tətbiq etməklə hazırlaşıb: “Azərbaycan dövləti və xalqı həmrəylik nümayiş etdirərək qarayaxma kampaniyasına baxmayaraq, ilk Avropa Oyunlarına ciddi hazırlaşıb. Oyunlardan sonra ölkəmizin qüdrəti bir daha dünya ictimaiyyətinə bəlli olacaq".

İlk Avropa Oyunları ilə bağlı tədbirlər Ukraynanın digər şəhərlərində də keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail