Boksçularımızın rəqibləri bilindi

01.06.2015 | 3239 dəfə oxunub

AİBA Pro Boxing (APB) turnirində növbəti mərhələdə döyüşlərin keçiriləcəyi şəhərlər və hansı boksçuların üz-üzə gələcəyi məlum olub. Stadium.Az xəbər verir ki, bu yarışda ölkəmizi iki idmançı – Cavid Çələbiyev (56 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) təmsil edəcək.

Çələbiyev Çin Xalq Respublikasının Quyanq şəhərində argentinalı Alberto Melianla üz-üzə gələcək. Cənubi Amerikalı boksçu APB-də 3 görüşdə qələbə qazanıb, 1-də məğlub olub. 24 yaşlı idmançı 2012-ci ildə London Olimpiadasında iştirak edib. 56 kq çəki dərəcəsində digər görüşlərdə Benson Njangiru (Keniya) Jiavei Jhangla (Çin), Sanqmeyonq Ham (Koreya) Matti Kottayla (Finlandiya), Hakan Erseker (Almaniya) isə Yoni Blankoyla (Venesuela) üz-üzə gələcək.

İki qat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov Mərakeşdə rinqə çıxacaq. Milli komandamızın üzvü yerli boksçu Məhəmməd Arjaoui ilə qarşılaşacaq. 27 yaşlı Arjaoui APB-də 3 görüşdə qələbə qazanıb, birində uduzub. Super ağır çəki dərəcəsində digər döyüşlər:

Maqomed Omarov (Rusiya) – Mixay Nistor (Rumıniya)
Toni Yoka (Fransa) – Ali Eren Demirezen (Türkiyə)
Frank Sançez (Kuba) – Ali Kıydın (Almaniya)

Məcidov iyunun 5-də, Çələbiyev isə bir gün sonra rinqə çıxacaq.

Əvvəllər 69 və +91 kq çəki dərəcəsində AİBA Pro Boxing turnirinin döyüşləri Bakıda keçirilirdi. 69 kq çəki dərəcəsində yarışı bu dəfə Rusiya paytaxtı qəbul edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail