Yığmamız Avropa çempionatında mübarizəyə başlayır

29.05.2015 | 3193 dəfə oxunub

Bu gün Polşanın Poznan şəhərində akademik avarçəkmə üzrə Avropa çempionatı start götürəcək. Stadium.Az xəbər verir ki, nüfuzlu yarışda Azərbaycanı 4 avarçəkən təmsil edəcək.

Onlardan ilk olaraq, mübarizəyə Cavid Əfəndiyev başlayacaq. 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) 2000 metr məsafəyə yürüşdə onun rəqibləri Rayko Hrvat (Sloveniya), Mads Rasmussen (Danimarka), Nunu Mendeş (Portuqaliya) və İrji Kovalski (Polşa) olacaq. Yürüş Bakı vaxtı ilə saat 12:35-də başlanacaq.

Saat 14:10-da start xəttinə İqor Luçiç - Boris Yotov dueti çıxacaq. 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşdə onların rəqibləri Julius Hirtsberger - Klemens Obrext (Avstriya), Marko Maryanoviç - Aleksandr Filipoviç (Serbiya), Oleq Qonorovski - Fani Fridman (İsrail) və Nils Yakob Hoff - Kyetil Borx (Norveç) duetləri olacaq.

Nəhayət, saat 15:00-da Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla (M1X) 2000 metr məsafəyə yürüşə başlayacaq. O, Andriya Slyukiç (Serbiya), İoan Prundyanu (Rumıniya), Hannes Obreno (Belçika) və Markus Kesslerlə (İsveçrə) yarışacaq.

Qeyd edək ki, hər 3 yürüşün yekununda ilk 2 yerin sahibləri birbaşa yarımfinal mərhələsinə, qalanları isə təsəlli yürüşünə vəsiqə qazanacaqlar.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail