"Bakı-2015": Almaniya millisinin heyəti açıqlandı

28.05.2015 | 3215 dəfə oxunub

"Bakı-2015” birinci Avropa Oyunlarında iştirak edəcək ölkələr artıq bu mötəbər yarışlara hazırlıqlarını yekunlaşdırmaq üzrədir.

Stadium.Az xəbər verir ki, Almaniya Avropa Oyunlarında 20 idman növü üzrə 267 idmançı ilə təmsil olunacaq. Almaniya nümayəndə heyətinin təmsilçiləri bildiriblər ki, onlar gələn həftə Azərbaycana güclü komandalarını və atletlərini yola salacaqlar. Avropa Oyunlarında Almaniyanı idmanın stolüstü tennis, gimnastika növlərində güclü atletlər, həmçinin cüdoda və güləşdə London Olimpiya Oyunlarında medallar qazanmış idmançılar təmsil edəcəklər.

Almaniyadan ölkəmizə idmançılardan əlavə 140 nəfərdən ibarət nümayəndə heyəti gələcək. Münhendəki mərkəzdə Almaniya Olimpiya Komitəsinin təmsilçiləri milli komandalarının ən son hazırlıq proseslərini yoxlayırlar, onlara təlimatlar verir və yarışlarda iştirak edəcək atletləri milli idman formaları ilə təchiz edirlər.

Almaniyanın atıcılıq idman növü üzrə milli komandası da birinci Avropa Oyunlarına ciddi hazırlıq prosesi keçir. Milli komandanın tərkibində həm qadınlar, həm də kişilər təmsil olunublar. İntensiv məşq prosesi, Avropa Oyunlarının iştirakçılarının hərtərəfli hazırlanması məşqçilərin və komanda rəhbərliyinin diqqət mərkəzindədir. İlk dəfə Avropa Oyunlarında iştirak edəcək atıcılıq üzrə Almaniya milli komandası dünyada ilk üç ən güclü komandalardan biridir.

Azərbaycanın birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün göstərdiyi səylər, eyni zamanda, qitənin bu mötəbər yarışlarını qəbul edəcək paytaxtımızın gözəlliyi, xalqımızın qonaqpərvərliyi avropalılarda böyük təəssüratlar yaradıb.

Almaniya nümayəndə heyətinin üzvləri bildiriblər ki, onlar Bakıya gedəcəkləri günü səbirsizliklə gözləyirlər. Bakıdakı Avropa Oyunları nümayəndə heyətində Olimpiya Oyunları təəssüratını yaradır. Bütün hazırlıqlar Olimpiya Oyunları ilə çox oxşardır. Bu Oyunlar Almaniya komandası üçün həm də “Rio-2016” Yay Olimpiya Oyunlarına hazırıq baxımından yaxşı imkan olacaq (azərtac).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail