"Bakı-2015": Gəncədə möhtəşəm fləşmob VİDEO

27.05.2015 | 3578 dəfə oxunub

"Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində Gəncədə möhtəşəm fləşmob təşkil olunub. Stadium.Az "Azərtac"a istinadən xəbər verir ki, 6 min gəncin iştirakı ilə keçirilən bu aksiyada birinci Avropa Oyunlarının loqosu təsvir edilib. Gənclər şəhərin Heydər Əliyev adına baş meydanına toplaşaraq bu idman bayramının sevincini özünəməxsus şəkildə yaşayıblar.

“Bakı-2015”in loqosu formasında düzülən gənclər bununla həm də birinci Avropa Oyunları ətrafında birləşdiklərini nümayiş etdiriblər.

Bu aksiya, eyni zamanda, “Ginnesin dünya rekordları”nın komissiyası tərəfindən izlənilib.

Bundan əvvəl 4200 nəfərin iştirakı ilə İraq bayrağının təsviri yaradılmışdı. Bu il aprelin 2-də Bağdadda keçirilən həmin aksiya insanların iştirakı ilə yaradılan ən böyük təsvir kimi “Ginnes dünya rekordları”nın siyahısına düşmüşdü.

Gəncədə 6 min nəfərin “Bakı-2015” birinci Avropa Oyunlarının rəmzini yaratması ilə bu rekord təzələnib. Komissiya hazırda bununla əlaqədar daxil olan müraciətə baxır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail