Yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı

26.05.2015 | 3016 dəfə oxunub

Azərbaycanın akademik avarçəkmə üzrə milli komandası mayın 29-da Polşanın Poznan şəhərində start götürəcək Avropa çempionatına qatılacaq. Stadium.Az xəbər verir ki, üç gün davam edəcək yarışda ölkəmizi baş məşqçi Yuliana Stoyevanın rəhbərliyi altında 4 avarçəkən təmsil edəcək.

1 nəfərlik qayıqla (M1X) 2000 metr məsafəyə yürüşdə Aleksandr Aleksandrov mübarizə aparacaq. Yeniyetmələr və 23 yaşadək avarçəkənlər arasında dünya çempionu ümumilikdə 20 idmançı arasından mükafatçılar sırasına çıxmağa çalışacaq. Rəqiblərdən norveçli olimpiya çempionu Olaf Tufte, çexiyalı dünya çempionu Ondrey Sinek və litvalı Avropa çempionu Mindauqas Qrişkonisi xüsusi qeyd etmək olar.

1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) eyni məsafəyə yürüşdə Cavid Əfəndiyev start xəttinə çıxacaq. Burada Əfəndiyevin 17 rəqibi olacaq. Rəqiblərdən biri vaxtilə elə 25 yaşlı avarçəkənimizlə birgə 2 nəfərlik yüngül çəkili qayıqla nüfuzlu reqatalara qatılmış İqor Xmaradır. Xmara hazırda Ukraynanı təmsil edir.

Nəhayət, Yeniyetmələrin 2014-cü il Nankin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Boris Yotov İqor Luçiçlə birgə 2 nəfərlik qayıqla (M2X) 2000 metr məsafəyə yürüş edəcək. Bu qayıq tipində ümumilikdə 21 ölkənin təmsilçilər yer alacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail