Millinin lideri Avropa Oyunlarından kənarda qaldı

22.05.2015 | 7210 dəfə oxunub

İsveçrənin "Volero" voleybol klubunda çıxış edən Natalya Məmmədova "Bakı-2015" I Avropa Oyunlarında Azərbaycan milli komandasına kömək edə bilməyəcək.

Stadium.Az xəbər verir ki, bu barədə mllinin baş məşqçisi Faiq Qarayev məlumat verib. Onun sözlərinə görə, səbəb 31 yaşlı idmançının zədəli olmasıdır: "Bu yaxınlarda İsveçrənin Sürix şəhərində klublar arasında keçirilmiş dünya çempionatını izlədim. Natalya orada oynayırdı. Sonradan onunla Türkiyədə söhbətim oldu. Məlum oldu ki, qolu hələ tam bərpa olunmayıb. Məmmədova "Volero"da bir oyunda iştirak edə bilər, amma çıxıb bu marafonda sıx qrafikə dözə bilməz. Natalya təcrübəli oyunçudur və istəyirik ki, ondan faydalanaq. Natalya Azərbaycan yığması üçün çox iş görüb. Bu gün bir oyunçu gəlib komandaya 60-70 faiz kömək edə bilmirsə, onu yığmaya çağırmaqla, Allah eləməsin, gəlib burada zədə almasını, karyerasını qurtarmasını istəmirəm. Biz onu belə sıx və gərgin qrafikə soxsaq, daha pis nəticə verəcək. İstəyirəm ki, hələ klubda oynasın. Çünki klub yarışları bir az zəif olur".

F.Qarayevin fikrincə, N.Məmmədovanın yoxluğu millinin çıxışlarına elə də təsir etməyəcək: "Natalya tam hazır olsaydı, yığmaya kömək edə bilərdi. Tək o, yox, məsələn, Valeriya Korotenko analıq məzuniyyətindən qayıdıb. Korotenko 2,5 aydır məşq edir və oynamaq istəyir. Natalya da oynamaq istəyir, lakin oynaya bilmir. Bunlar tam fərqli şeylərdi. Çünki onun zədəsi qolda, çiyindədir. Topu oyuna daxil edə bilmir. Bu cür oyunçunu gətirib zədəsini gücləndirməsini istəmirəm".

Baş məşqçi bildirib ki, yığmanın aparıcı oyunçusunun hazır olmadığı
halda yığmaya gəlişi kollektivdaxili əhval-ruhiyyəyə də təsir edə bilər: "Hər bir voleybolçu oyuna hazır deyilsə, zədəsi, problemi varsa, meydana çıxa bilməz. Çünki o, komandadakı əhval-ruhiyyəni də pozur. Götürün evi. Ailə üzvlərindən kimsə xəstələndisə, o evdə hamının əhval-ruhiyyəsi pozulur. Bu da yığma komandadır və oyunçular hamısı sağlam olmalıdır. Məmmədovanın yığmada gözəl oyunları olub və çox kömək edib. Onun da müqaviləsi var və 5-10 manat pul qazanır. İstəmirəm ki, gəlsin, yığma komandada zədələnsin, karyerasını bitirsin. Zədəsi o qədər ciddidir ki, klubu ilə müqaviləsi də pozula bilər. O, qolundan əməliyyat olunub. Mən mütəxəssislərlə danışdım, qol 30 faiz işləyir. Yəni heç 60-70 faizə gəlib çatmır".
N.Məmmədova Avropa çempionatının seçmə mərhələsində də çıxış etməyib. Təcrübəli mütəxəssis onun xidmətlərindən gələcəkdə - vəsiqə qazanacaqları halda, Avropa çempionatının final mərhələsində və digər mötəbər yarışlarda yararlanmaq niyyətində olduqlarını da əlavə edib.
F.Qarayev voleybolçunun bu yaxınlarda yenidən müalicə olunmaq üçün ABŞ-a gedəcəyini də əlavə edib.

Azərbaycan millisi Avropa çempionatına vəsiqə qazanmaq üçün III təsnifat mərhələsində Slovakiyanı yenməlidir. İlk görüş mayın 23-də Bakıda, cavab qarşılaşması bundan bir həftə sonra Levitse şəhərində olacaq. "Bakı-2015" I Avropa Oyunlarında voleybol yarışları isə 13 - 27 iyunda baş tutacaq. Azərbaycan yığması A qrupunda Belçika, İtaliya, Polşa, Rumıniya və Türkiyə ilə eyni qrupda yer alacaq (report).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail