"Eurosport" "Tour d’Azerbaïdjan-2015"dan süjet hazırladı

21.05.2015 | 2448 dəfə oxunub

Planetin nüfuzlu idman kanalı "Eurosport" "Tour d’Azerbaïdjan-2015"in yekunları ilə bağlı süjet yayımlayıb. Stadium.Az xəbər verir ki, materialda yarışla bağlı maraqlı fikirlər səsləndirilib, həmçinin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin "Synergy Baku" komandası ilə görüşü zamanı dediyi sözlərə yer ayrılıb.

Planetin 24 ölkəsindən 25 komandanın iştirakı ilə təşkil edilmiş veloturla bağlı danışan süjet müəllifi, Azərbaycanda son 4 ildə bu cür böyük velosiped yarışının təşkil olunmasını təqdirəlayiq hal kimi qiymətləndirib və ölkəmizdə idmanın bu növünə marağın durmadan artdığını xüsusi vurğulayıb. Elə bu işlərin məntiqi nəticəsi kimi, gələcəkdə ən güclü yarışlarda iştirak edə biləcək rəqabətədavamlı "Synergy Baku Cycling Project" komandasının yaradılması ön plana çəkilib.

Ötənilki yarışla müqayisədə bu il yayım saatının artırılması dünya idman ictimaiyyətinin diqqətini bu yarışa daha da artırıb. Teleyayımın yüksək səviyyədə həyata keçirilməsi üçün görülən işlər, həmçinin yarışın yüksək təşkilatçılığı nəticəsində "Tour d’Azerbaïdjan"ın dünyanın ən yaxşı velosiped turlarından birinə çevrilməsi də süjet müəllifi tərəfindən xüsusi qeyd olunub.

Veloturun sonuncu, 5-ci mərhələsinin Bakı-2015 ilk Avropa Oyunlarının velosiped yarışları ilə eyni marşrut üzərində baş tutması, üstəlik Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin də yarışları şəxsən izləməsi "Eurosport" kanalı tərəfindən böyük maraqla qarşılanıb və dövlət başçısının komanda hesabında çempion olmuş "Synergy Baku" ilə görüşü zamanı səsləndirdiyi fikirlərə geniş yer ayrılıb: "Şadam ki, Azərbaycanda idmanın velosiped növü də uğurla inkişaf edir. “Tour d`Azerbaidjan” artıq beynəlxalq idman yarışı kimi dünyada tanınır. Mən “Eurosport” kanalı ilə bu yarışları izləmişəm, çox böyük zövq almışam. İlk növbədə ona görə ki, indi bu yarışlar çox maraqlıdır. Eyni zamanda, Bakının gözəlliyini bir daha bütün dünyaya göstərir. “Tour d`Azerbaidjan” Azərbaycanın bölgələrində də keçirilir və bizim gözəl, mənzərəli yerlər xarici qonaqlar tərəfindən yüksək qiymətləndirilir".

İyunun 12-28-də keçiriləcək Bakı-2015-lə bağlı "Eurosport"a müsahibə verən Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Saymon Kleq tarixdə ilk dəfə təşkil olunacaq böyük idman yarışının həm Avropa, həm də Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını bildirib. Onun fikrincə, bu yarış sayəsində dünya idman ictimaiyyəti Azərbaycanın yüksək təşkilatçılığının, qədim tarixinin, yüksək mədəniyyətinin və qonaqpərvərliyinin şahidi olacaq.

Süjetin sonunda müəllif bildirib ki, hər kəs ildən-ilə Azərbaycanın yüksək templə inkişaf etdiyini müşahidə edir və artıq heç kim ölkəmizin istənilən yarışı ən yüksək səviyyədə təşkil edə biləcəyinə qətiyyən şübhə etmir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail