Azərbaycan boksçusu erməni ilə qarşılaşacaq

20.05.2015 | 2957 dəfə oxunub

Ukraynanın Lvov şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir. Stadium.Az xəbər verir ki, dörd boksçumuz yarımfinala yüksəlməklə qitə birinciliyinin medallarını özlərinə təmin edib.

54 kq çəki dərəcəsində mübarizə aparan Orxan Həsənov Almaniya idmançısı Noah Fişerlə dueldən qalib ayrılıb – 3:0. Yarımfinala vəsiqə qazanan həmyerlimiz ən azı Avropa birinciliyinin bürünc medalını özünə təmin edib. Həsənov yarımfinalda ukraynalı İvan Kozyarla qarşılaşacaq.

Bəxtiyar Qazıbəyov da (60 kq) adını yarımfinala yazdırıb. Milli komandamızın üzvü 1/4 finalda latviyalı Edqars Korzenevskisdən üstün olub – 2:1. Boksçumuz yarımfinalda Ermənistan nümayəndəsi Koryan Astyanla üz-üzə gələcək.

Cavid Hüseynov da (48 kq) komandamıza qələbə qazandırıb. Boksçumuz bolqarıstanlı Vensan Kirkorovu mübarizədən kənarlaşdırıb – 3:0. Hüseynov yarımfinalda irlandiyalı Lorkan Hurlekslə görüşəcək.

52 kq çəki dərəcəsində çıxış edən Niyaməddin Allahverdiyev də yarımfinala yüksəlib. Yığmamızın üzvü Ukrayna təmsilçisi Taras Bondarçuk üzərində qələbə qazanıb – 3:0. Allahverdiyev yarımfinalda şotlandiyalı Deklin Daffi ilə qarşılaşacaq.

Bu gün daha 4 boksçumuz 1/4 final mərhələsinin görüşlərini keçirəcəklər.

Boksçularımızdan Elton Məmmədov (57 kq) İsrail, Elgün Abdullayev (66 kq) isə Macarıstan təmsilçilərinə uduzaraq, yarışdan kənarda qalıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail