Yığmamızın uğurlu çıxışı davam edir

19.05.2015 | 2955 dəfə oxunub

Ukraynanın Lvov şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir. Stadium.Az xəbər verir ki, ötən gün rinqə çıxan 5 boksçumuzdan 4-ü qələbə qazanıb.

46 kq çəki dərəcəsindəki təmsilçimiz Kənan Əliyev irlandiyalı Zak Patrik üzərində qələbə qazanıb – 3:0. Boksçumuz 1/4 finalda Gürcüstan nümayəndəsi Sahil Allahverdiyevlə üz-üzə gələcək.

Niyaməddin Allahverdiyev də (52 kq) rinqi qələbə ilə tərk edib. Milli komandamızın üzvü Türkiyə boksçusu Ünal Kalkışımla döyüşdən qalib ayrılıb – 3:0. Həmyerlimizi 1/4 finalda ukraynalı Taras Bondarçuk gözləyir.

54 kq çəki dərəcəsində çıxış edən Orxan Həsənov da komandamıza qələbə qazandırıb. Həsənov italiyalı Kristian Qasparrinini çətinliklə üstələyib – 2:1. Boksçumuz 1/4 finalda Almaniya təmsilçisi Noah Fişerlə qarşılaşacaq.

Komandamızın liderlərindən sayılan Bəxtiyar Qazıbəyov (60 kq) Rumıniya idmançısı Viorel Marian Fiku üzərində qələbə qazanıb – 3:0. Qazıbəyov 1/4 finalda latviyalı Edqars Korzenevskislə üz-üzə gələcək.

Boksçularımızdan yalnız 50 kq çəki dərəcəsində mübarizə aparan Seyidrza Sadıqov 1/8 finalda Gürcüstan təmsilçisi Otar Naverianiyə məğlub olub- 1:2.

Bu gün digər çəki dərəcələrində 1/8 final mərhələsinin görüşləri keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail