Türkiyə prezidenti "Bakı-2015"in açılışına gəlir

18.05.2015 | 2862 dəfə oxunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gələcək.

Stadium.Az xəbər verir ki, bu barədə azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarını "Bakı -2015" I Avropa Oyunlarının açılış mərasiminə dəvət edib: 


"Biz qardaş Azərbaycanla fəxr edir və qürur duyuruq. Təbii ki, I Avropan Oyunları üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəvət gəlib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkə başçımızı dəvət edib. Cənab Rəcəb Tayyib Ərdoğan da həmin yarışlara qatılacağını söyləyib. Azərbaycanın hər cür tədbirinə biz Türkiyədən ən yüksək şəkildə qatılmağa hazırıq. İnşallah, yenə də, ən yüksək səviyyədə iştirak olacaq".

M.Çavuşoğlu çox vacib yarışlara ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkürünü bildirib:
 
"Qardaş ölkə artıq çox peşəkar şəkildə beynəlxalq yarışlara ev sahibliyi edir. Belə ki, beynəlxalq forumlar, konfranslar keçirilir, I Avropa Oyunları kimi çox vacib tədbir də keçiriləcək. Həmçinin "Eurovision" mahnı müsabiqəsi bu günə qədər keçirilən ən səviyyəli tədbirlərdən idi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail