"Bakı-2015" okeanın o tayında da yayımlanacaq

16.05.2015 | 3244 dəfə oxunub

"Bakı-2015" Avropa Oyunları artıq daha geniş miqyasda yayımlanacaq. Stadium.Az xəbər verir ki, Birinci Avropa Oyunlarının Mərkəzi və Cənubi Amerikada nümayiş etdirilməsi məqsədilə, bu gün dünyanın aparıcı telekommunikasiya şirkətlərindən birinə yayım hüququ verilib.

Rio 2016 Yay Olimpiya Oyunları üçün də yayım hüququ əldə etmiş “America Movil” şirkəti "Bakı-2015" Avropa Oyunlarını filialı vasitəsilə, Argentina, Boliviya, Çili, Kolumbiya, Kosta Rika, Dominikan Respublikası, Ekvador, Salvador, Quatemala, Honduras, Meksika, Nikaraqua, Panama, Paraqvay, Peru, Uruqvay və Venesuela da daxil olmaqla Latın Amerikası boyunca bütün media platformalarında yayımlamaq üçün hüquq əldə edib.

"Bakı-2015"in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Məqsədimiz Avropa Oyunlarını dünyanın hər yerində mümkün olduğu qədər çox tamaşaçı kütləsi ilə bölüşməkdir və bu istiqamətdə növbəti önəmli addım atıldı. Soçi 2014 Qış Olimpiya Oyunlarının geniş şəkildə yayımını həyata keçirdikdən sonra, Rio 2016 Yay Olimpiya Oyunlarının yayımı üçün də eksklüziv hüquqlar əldə edən “America Movil” şirkətinin idman tədbirlərinin yayımlanmasında təcrübəsi var.

Avropa Oyunları idmanın son 50 illik tarixinə düşəcək ən mühüm tədbirdir. Beləliklə, “America Movil” şirkətinin belə mötəbər tədbirin yayımını həyata keçirməsi üçün birgə tərəfdaşlıq imkanı yaranır.

Bununla da, Latın Amerikası Avropa Oyunlarının geniş şəkildə yayımlanacağı ABŞ və Kanada, Hindistan, Çin, Avstraliya, Körfəz ölkələri və Avropanın sırasına qoşulur.

Claro Sports-un baş meneceri cənab Xose Antonio Abumrad əməkdaşlıqla bağlı bunları bildirib: “Bakı-2015" ilə Avropa Oyunlarının Latın Amerikasında yayımlanmasını təmin edəcək müqavilənin imzalandığını elan etməkdən böyük məmnunluq hissi duyuruq. Bu regionun izləyiciləri mötəbər idman tədbirlərinə böyük maraq göstərirlər və biz, bu cür önəmli tədbiri işıqlandıracağımız üçün çox məmnunuq. Latın Amerikalı tamaşaçıların Bakıda baş tutan bu tədbiri izləyərək zövq alacaqlarına şübhəm yoxdur“.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail