Bakı-2015: Yeni bilet satış məntəqəsi açıldı

16.05.2015 | 4243 dəfə oxunub

Bakı-2015 I Avropa Oyunlarının Əməliyyat Komitəsi Tofiq Bəhramov adına Respublika Stadionunda yeni bilet satış məntəqəsi açıb. Stadium.Az xəbər verir ki, iyunun 12-də start götürəcək oyunlara bütün ölkədə maraq yüksəldikcə, son həftələrdə biletlərə olan tələbat da xeyli artıb.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) oyunlara gələn tamaşaçılara biletləri yalnız oyunların veb səhifəsindən və ya paytaxtın müxtəlif yerlərində quraşdırılmış 12 rəsmi bilet satışı məntəqəsindən almağı tövsiyə edir. 
 
Bakı-2015in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, əsas məqsəd oyunlara gələn hər bir kəsin buradan ən yaxşı təəssüratlarla ayrılmasını təmin etməkdi: “Buna görə də, biz, bilet alan hər kəsə belə bir mesajla müraciət edirik – biletinizi yalnız Bakıdakı rəsmi bilet satış məntəqələrinin birindən, yaxud “baku2015.com” veb səhifəmiz vasitəsilə alın”.

Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında yerləşən yeni bilet satış məntəqəsi Bakıda açılan 12-ci belə mərkəzdi. Məntəqə həftənin yeddi günü saat 11:00-dan 21:00-a qədər fəaliyyət göstərəcək. 

Digər bilet satış məntəqələri, “Park Bulvar”, “28 Mall” və “Metro Park” alış-veriş mərkəzləri də daxil olmaqla, Bakının əlverişli məkanlarında quraşdırılıb. 
 
Bilet satış məntəqələrinin yerlərindən tutmuş, arenalara gediş-gəliş haqqında ətraflı məlumat da daxil olmaqla, Avropa Oyunları ilə əlaqədar istənilən məsələ haqqında informasiyanı 2015 nömrəsinə zəng edərək, Tamaşaçı Məlumat Mərkəzindən, yaxud Bakı-2015 veb səhifəsindən əldə etmək olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail