"Bakı-2015": Nəqliyyat infrastrukturu sınaqdan keçiriləcək

15.05.2015 | 2662 dəfə oxunub

Bakı-2015 mayın 17-də oyunların bir gününü canlandırmaqla, Avropa Oyunları zamanı əməliyyatlara hazırlığı sınaqdan keçirəcək. Stadium.Az xəbər verir ki, Nəqliyyat Nazirliyi və Bakının nəqliyyat infrastrukturuna cavabdeh digər qurumlarla birgə təşkil olunacaq simulyasiya tədbiri 6 saat ərzində - 08:00-dan 14:00-a qədər davam edəcək.

Nəqliyyatın hərəkətinin məhdudlaşdırılması halı nəzərdə tutulmasa da, yollarda avtobus, taksi və mikroavtobusların sayı artırılacaq. Buna səbəb iyunun 12-də start götürəcək Avropa Oyunları üçün Bakı-2015-in hazırladığı əməliyyat proqramlarını sınaqdan çıxarmaqdı.

Bakı-2015 Avropa Oyunları zamanı şəhərdaxili hərəkət haqqında ən son məlumatı əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etməyiniz xahiş olunur:

- Bakı-2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə;

- Nəqliyyat Nazirliyi, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyətinin internet səhifələri;

- Radio, sayt və facebook səhifəsi də daxil olmaqla NİİM-in əlaqə kanalları.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail