"Bakı-2015": Daha 4 müqavilə

15.05.2015 | 3086 dəfə oxunub

"Bakı-2015" 12-28 iyun tarixində gerçəkləşəcək Birinci Avropa Oyunlarının nümayişi ilə bağlı daha dörd ölkənin 5 televiziya şirkəti ilə müqavilələr imzalamaqla beynəlxalq yayım əhatəsini genişləndirib. 

Stadium.Az xəbər verir ki, bunlar Ukrayna, Gürcüstan, Norveç və İsraildir.

 
Ən son bağlanmış yayım müqavilələri aşağıdakılardır:

* Ukrayna – NTU, ölkə boyunca Oyunların 16 milyon evdə yayımını təklif edən ödənişsiz milli yayım şirkəti;

* Gürcüstan – Gürcüstan İctimai Kanalı, London 2012 Yay Olimpiya Oyunlarını işıqlandırmış ödənişsiz televiziya şirkəti; 

* Norveç – TV2, Rio 2016 Yay Olimpiya Oyunlarının yayım hüququnu əldə etmiş ödənişsiz televiziya şirkəti.

* İsrail – Bakı 2015, bu ölkənin aparıcı, ödənişli idman telekanalları olan Sport 5 (Sport Channel) və Sport 1 (Çarlton) arasında yayım hüququnun bölüşdürülməsi haqqında müqavilə imzalayıb.

Bu yeni telekanalların elan olunmasını şərh edən, Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün televiziya şirkətlərinin marağı artmaqda davam edir. Ukraynalı, gürcü, norveçli və israilli idman azarkeşlərinin bu yay Bakıda mübarizə aparacaq dünya səviyyəli idmançıları izləmək şansı əldə etməyindən məmnunuq.

Məqsədlərimizdən biri, Avropa Oyunlarının brendini beynəlxalq səviyyədə yaratmaqdır və bu yayım sazişləri, məqsədimizi uğurla həyata keçirmək üçün əsas vasitədir. Orta hesabla, hər gün ən azı 6 saatlıq yayımla bazarın 70%-nə nüfuz etməklə, Avropa Oyunları qitədə 176 milyondan çox evdə izlənə biləcək”.

Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Çin, Honq Konq, Hindistan və Avropa ölkələri ilə əldə olunmuş yayım tərəfdaşlıqlarının ardınca, ən son bağlanmış bu müqavilələr, Avropa Oyunlarının qlobal miqyaslı tədbir olduğunu bir  daha sübut edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail