Valideynləri erməni cüdoçuları Bakıya buraxmadı

15.05.2015 | 3363 dəfə oxunub

Ermənistanın 2 cüdoçusu "Bakı-2015" I Avropa Oyunlarına buraxılmayıb. Stadium.Az "Report" agentliyinə istinadən xəbər verir ki, bu barədə "news.am"a yığmanın baş məşqçisi Tiqran Babayan açıqlama verib.

T.Babayan bildirib ki, Arsen Kazaryan və Andranik Çaparyanın Bakıya gəlişinə şəxsi məşqçiləri və valideynləri etiraz edib. Bu səbəbdən, Oyunlara cəmi 3 cüdoçu - Ohanes Davtyan (60 kq), David Nikoqosyan (73 kq) və Janna Stankeviç (52 kq) qatılacaq. Baş məşqçi və federasiyanın vitse-prezidenti də Bakıya gələcək.

Ermənistan yığmasının yaxşı formada olduğunu deyən mütəxəssis daim təlim-məşq toplanışları və beynəlxalq yarışlarda iştirak etdiklərini vurğulayıb. O, hazırda Türkiyənin Antalya bölgəsində, iyunun 5-dən isə Belarusun paytaxtı Minskdə hazırlaşacaqlarını söyləyib: "Medal uğrunda mübarizə aparacağıq. Bizim üçün Bakıdakı Avropa Oyunları sıravi qitə çempionatı kimi adi bir yarışdır. Bu, siyasət yox, idmandır. Düzdür, gərginlik var, amma buna fikir verməməyə çalışacağıq. Oyunlarla çempionatın vaxtı üst-üstə düşməsəydi, geniş heyətlə qatılmayacaqdıq. Ermənistanın "Bakı 2015"də iştirak edəcəyinə hələ də əmin deyiləm".

"Bakı-2015" I Avropa Oyunlarında cüdo yarışları 25 - 28 iyunda keçiriləcək və Avropa çempionatı statusu daşıyacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail