Böyükağa Hacıyev: "Aydın məsələdir ki, çempion “Neftçi” olacaq"

09.09.2011 | 5304 dəfə oxunub

Bakının "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyevin müsahibəsi:

- "Xəzər Lənkəran"la oyunöncəsi vəziyyət necədir? 
- Əsas heyətin 9 oyunçusu öz ölkələrinin milli komandalarına dəvət olunmuşdu. Bu futbolçularla 10 gündür görüşmürəm. Ancaq çalışmışıq ki, digər futbolçularla yaranmış fasilədən səmərəli istifadə edək. Mən xüsusi ilə qeyd etmək istəyirəm ki, "Xəzər Lənkəran"la qarşılaşma bizim üçün adi çempionat oyunlarından biridir. Bu oyun ətrafında ajiotaj yaratmaq fikrində deyiləm. Qoy kim güclüdürsə, o qalib gəlsin. 
- "Neftçi"nin heyətində itkilər varmı? 
- Ciddi itkilərimiz yoxdur. Əksinə, İqor Mitreskinin zədəsi artıq sağalıb və "Xəzər Lənkəran"a qarşı oyunda meydana çıxacaq. Bir ara zədələnən Rəşad Abdullayev də növbəti qarşılaşmada oynayacaq. Ola bilsin ki, taktiki baxımdan müəyyən dəyişikliklər edək. Çalışacağıq ki, elə bir taktiki variant seçək ki, lənkəranlılar bu taktikanın üstündə baş sındırsınlar. 

- Ötən tur AZAL-a məğlub oldunuz. Bu oyundan sonra komandada əhval-ruhiyyə necədir? 
- "Neftçi"də elə bir prezident var ki, istənilən vaxt komandanın əhval-ruhiyyəsini yüksəldə bilər. Baxmayaraq ki, AZAL-a məğlub olduq, ancaq Sadıq müəllimin çox böyük dəstəyini hiss edirik. Prezident komandaya dəstək verirsə, deməli, o, bizə inanır və biz də çalışırıq ki, onun etimadını doğruldaq. 

- Fərid Quliyevin vəziyyəti nə yerdədir? Gələcək oyunlarda komandaya kömək edəcəkmi? 
- Fərid Quliyev məşqlərdə iştirak edir. Düzdür, o, əvvəlki formasından uzaqdır, lakin yaxın zamanlarda azarkeşlər onu da meydanlarda görəcək.

- "Xəzər Lənkəran"ın heyətində çəkindiyiniz futbolçu varmı? 
- Subaşiçin "Xəzər Lənkəran"ın heyətində yeni olmasına baxmayaraq, çox gözəl oyun nümayiş etdirir. Hiss olunur ki, Subaşiç əvvəlki formasını bərpa etmək istəyir. "Xəzər Lənkəran"ın heyətində yarımmüdafiəçi Adrian Pit də çox xoşuma gəlir. Bu komandanın heyətində kifayət qədər səviyyəli futbolçu var. Ancaq "Neftçi"nin də heyəti güclü futbolçulardan ibarətdir. Çalışacağıq ki, Lənkəranda azarkeşlərə məzmunlu oyun nümayiş etdirək. 

- Mirça Rednik öz müsahibəsində bildirib ki, "Xəzər Lənkəran" azarkeşləri bu oyuna çox böyük önəm verirlər. Hətta onlar razıdırlar ki, çempion olmayaq, ancaq "Neftçi"ni udaq. Bu barədə nə deyə bilərsiniz? 
- Allah ağızlarından eşitsin. Bir məsələni unutmaq lazım deyil ki,Premyer Liqada bir çempion olmalıdır. Aydın məsələdir ki, çempion "Neftçi" olacaq. Mən bu oyunu çox şişirdib futbolçularımı psixoloji təzyiq altında qoymaq istəmirəm. Ümid edirəm ki, sonda sevinən tərəf "Neftçi" olacaq.

- "Neftçi" və "Xəzər Lənkəran" 22-ci dəfə qarşılaşcaq. 10 oyundur ki, "Neftçi" "Xəzər Lənkəran"ı məğlub edə bilmir. Növbəti oyunda bu seriyanın dəyişməsi nə qədər realdır? Lənkərandan bir xalla dönmək sizin üçün qənaətbəxş hesab oluna bilərmi? 

- Bu seriyanı dayandırmağa çalışacağıq. Ancaq futbolda hər şey ola bilər. Əsas odur ki, biz üç xal ardınca Lənkərana gedirik. Əgər bu gün komanda səfərdə 50 faiz, ev oyunlarında isə 100 faizlik nəticə göstərirsə, deməli bu komanda ən azı ilk üçlükdə öz yerini tutub. Biz heç-heçəyə oynamayacağıq. Fikir verirsinizsə, son vaxtlar "Neftçi" tamam fərqli oyun nümayiş etdirir - hücum futbolu oynayır. Bizim əsas devizimiz belədir - ən yaxşı müdafiə hücumdur. 

- "Xəzər Lənkəran" "Neftçi" qarşılaşmalarına maraq olduqca böyükdür. Mirça Rednik də bu oyuna xüsusi hazırlaşdıqlarını bildirib. Ancaq siz bildirirsiniz ki, bu oyun sizin üçün adi oyundur. Siz bu cür açıqlama ilə özünüzü sığortalayırsız? 
- Mən çox istərdim öyrənim ki, Mirça Rednik xüsusi hazırlıq deyəndə nəyi nəzərdə tutur? Futbolçular eninə qaçırlar, ya dal-dala qaçırlar? Mən bu oyun ətrafında, xüsusilə məşqçilərin ajiotaj yaratmasının tərəfdarı deyiləm. Heç vaxt öz oyunçuma demərəm ki, hər hansı komandaya qarşı fərqli hazırlaş. Biz bütün oyunlara hazırlaşırıq. Mənə elə gəlir ki, xüsusi hazırlıq yoxdur. Biz "Rəvan"a, "Sumqayıt Şəhər"ə, AZAL-a qarşı necə hazırlaşırdıqsa, "Xəzər Lənkəran"la oyuna da həmin qaydada hazırlaşırıq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail