Türkiyəli dünya çempionu "Bakı-2015"in elçisi oldu - FOTO

15.05.2015 | 3359 dəfə oxunub

Bakı-2015 növbəti beynəlxalq idman elçisinin adını açıqlayıb. Stadium.Az xəbər verir ki, Türkiyə çempionu, güləşçi Taha Akgülün 12 iyunda start götürəcək Avropa Oyunlarının komandasına qoşulub.

Sərbəst güləş üzrə 120 kq çəkidə Avropa və dünya çempionu olan Akgül, ardıcıl olaraq, 2012, 2013 və 2014-cü illərdə öz çəkisində güləş üzrə Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həmçinin, 2013-cü ildə güləş üzrə dünya çempionatında bürünc medalın sahibi olub.

Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Akgülü Bakı-2015-in beynəlxalq idman elçisi seçilməsindən məmnunluq duyur: “Avropa Oyunlarında onun kimi bacarıqlı və təcrübəli idmançıların iştirakı, iyunda necə mötəbər tədbirin şahidi olacağımızın mükəmməl sübutudur. Tahanın bu günə qədər elə də uzun olmayan karyerası ərzində qazandığı müvəffəqiyyətlər onun idmana verdiyi töhfəsini əks etdirir. Təmsil etdiyi idman növü üzrə I Avropa Oyunlarının çempionu adını qazanmaq üçün yarışacağı günü səbirsizliklə gözləyirik”.

Bakı-2015-in İdman Elçiləri mübarizə apardıqları idman növünü təmsil edəcək, Avropa Oyunlarının təbliği üçün qitədə və sosial mediada aparılan marketinq kampaniyalarına qoşulacaqlar.

Atası və qardaşı da güləşçi olmuş Akgül Avropa Oyunlarının idman elçisi olduğu üçün çox həyəcanlı olduğunu gizlətməyib: “Bir ay boyunca Bakıda mübarizə aparacağım günü səbirsizliklə gözləyirəm. Bakı-2015-də ölkəmi təmsil etmək mənim üçün şərəfdi və mən, mübarizə apardığım kateqoriya üzrə Avropa Oyunlarının çempionu olmaq üçün bütün gücümü səfərbər edəcəyəm”.

Türkiyə Olimpiya Komitəsinin prezidenti, professor Uğur Erdener də Tahanın çox uğurlu idmançı olduğunu açıqlayıb: “Onu Bakı 2015-in elçisi kimi görməkdən məmnunam. Avropanın hər bir yerində Bakı-2015 Avropa Oyunlarını və güləşi təbliğ edərək mükəmməl iş görəcəyinə şübhə etmirəm”.

Akgül, alman stolüstü tennisçi Dmitri Ovtçarov, yunan qılıncoynadan Vasiliki Vuguka, irland boksçu Keti Teylor, Böyük Britaniyanın taekvondo komandasının üzvü Ceyd Cons, fransız bədii gimnast Kseniya Mustafayeva, danimarkalı avarçəkən Rene Holten Pulsen və Serbiyanın Duşan Domoviç Bulut, Marko Savic, Marko Zdero və Dejan Majstoroviçdən ibarət 3x3 basketbol komandası, polşalı dağ velosipedçisi Maya Vloşçovska, italiyalı qılıncoynadan Nikolo Kampriani və Rusiyanın çimərlik futbolçuları Andrey Buxlitski, İlya Leonov və Anton Şkarindən sonra Bakı-2015-in növbəti beynəlxalq idman elçisi olub.

Bakı-2015-in güləş yarışları iyunun 13-dən etibarən 6 gün ərzində Heydər Əliyev adına İdman Arenasında keçiriləcək və 480 idmançı 24 medal uğrunda öz kateqoriyaları üzrə mübarizə aparacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail