"Neftçi"dən növbəti uğur

13.05.2015 | 3309 dəfə oxunub

Cənubi Koreyanın paytaxtı Seulda paralimpiyaçılar arasında keçirilən Ümumdünya Oyunlarının ikinci günü də Azərbaycan millisi üçün uğurlu alınıb. Stadium.Az xəbər verir ki, bir gün öncə 2 medal qazanan həmyerlilərimiz bu dəfə aktivinə daha 4 mükafat əlavə ediblər.

Belə ki, 100 m məsafəyə sərbəst üsulla üzməkdə çempion adını qazanan Dmitri Salev eyni məsafəyə arxası üstə üzməkdə 1.03,05 nəticə ilə ikinci olub. Aktivində bürünc medal olan (100 m sərbəst üsulla) Roman Saley isə 400 m məsafəyə sərbəst üsulla üzməkdə də eyni nəticəni göstərib (4.38,00). 

Komandamız atletika növündə də medalları sıralayıb. Uzunluğa tullanma yarışında Kamran Əliyev bütün rəqiblərini qabaqlayaraq, çempion adına layiq görülüb. Həmyerlimiz 7,01 metr tullanıb.

Nizə atma yarışlarında isə Vladimir Zayets birinci olub. Atletimiz 45,46 m nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mükafatçıların hamısı "Neftçi İdman Klubu"nun üzvüdü.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail