AZƏRTAC "Bakı-2015"in rəsmi xəbər agentliyi oldu

11.05.2015 | 3345 dəfə oxunub

"Bakı-2015" 12 iyun tarixində start götürəcək Birinci Avropa Oyunlarının rəsmi xəbər agentliyi olacaq AZƏRTAC-la bu gün tərəfdaşlıq əldə olunduğunu açıqlayıb.

Stadium.Az xəbər verir ki, AZƏRTAC jurnalistlər, fotoqraflar və operatorlardan ibarət 50 nəfərlik işçi heyətilə, Oyunların geniş yayımını təmin edəcək yeganə, ən böyük yerli media qurumu olacaq. Yazılardan və fotoşəkillərdən ibarət hazırlayacaqları yazılar bir neçə dildə olacaq. AZƏRTAC, Azərbaycan dilində video xəbərlər silsiləsi də hazırlayacaq. Bütün məlumatları agentliyin internet səhifəsində yaradılmış “Bakı-2015” bölməsindən əldə etmək mümkündür.

Açılış mərasimindən öncə, AZƏRTAC öz resurslarından həm yerli, həm də beynəlxalq ictimaiyyətdə Birinci Avropa Oyunlarının təbliği üçün istifadə edəcək. Buraya Bakı 2015-də mübarizə aparan idmançılar haqqında həftəlik məqalələr, eləcə də Oyunlar çərçivəsində “uğur hekəyələri”ni təbliğ edən "Bakı-2015"in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq AZƏRTAC-la tərəfdaşlıq barədə bunları deyib: “AZƏRTAC-ın Bakı 2015-in rəsmi xəbər agentliyi olmasından məmnunluğumuzu bildiririk və onun ölkə boyunca təmin edəcəyi yayımın bizə Azərbaycanda daha çox insanı idmanla məşğul olmağa ruhlandırmaqda yardım edəcəyinə inanırıq.

Onlar, dünyanın müxtəlif ölkələrində bir milyarddan çox insanın televiziya vasitəsilə izləyəcəyi Avropa Oyunlarının brendini yaratmaqda bizə kömək edərək mühüm rol oynayacaqlar”.

Tərəfdaşlıq barədə danışan AZƏRTAC-ın baş direktoru cənab Aslan Aslanov dedi: “Dünya informasiya məkanında layiqli yer tutan, mötəbər beynəlxalq media qurumlarında fəal təmsil olunan agentliyimizin həyatında bu gün əlamətdar bir hadisə baş verir. Biz AZƏRTAC-ın Azərbaycanda keçiriləcək mötəbər idman yarışını – birinci Avropa Oyunlarını təbliğ etməsi üçün “Bakı-2015”in rəsmi tərəfdaşı olmasından böyük məmnunluq duyuruq.

AZƏRTAC təmsil olunduğu dünyanın ən böyük informasiya alyansları, eləcə də əməkdaşlıq etdiyi 130-dan artıq ölkənin xəbər agentlikləri vasitəsilə birinci Avropa Oyunlarının təbliğində fəal iştirak edir, hazırlıq prosesini geniş işıqlandırır. Birinci Avropa Oyunlarının informasiya təminatına 50-dən çox əməkdaşını cəlb edən, eləcə də bütün potensialını səfərbərliyə alan AZƏRTAC üzərinə düşən məsul missiyanın öhdəsindən layiqincə gəlməyə, bu möhtəşəm idman bayramının həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təbliğinə öz töhfəsini verməyə çalışacaq”.

Bu müqavilənin bir hissəsi olaraq, AZƏRTAC hazırladığı yazılarda və media kanallarında "Bakı-2015"in müəyyən olunmuş nişanından və “Bakı 2015 Avropa Oyunlarının rəsmi xəbər agentliyi” adından istifadə etmək və nəşr etmək hüququna sahibdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail