Yığmamız Avropa Oyunlarına Kiyevdə hazırlaşır

07.05.2015 | 3880 dəfə oxunub

Qadın güləşi üzrə gənclərdən və böyüklərdən ibarət yığma komandamız qarşıdan gələn ilk Avropa Oyunlarına hazırlığı Kiyevdə davam etdirir. Stadium.Az xəbər verir ki,ayın 6-dan etibarən güləşçilərimiz Ukrayna güləşçiləri ilə birgə təlim-məşq toplanışına başlayıb. 

Yığma komandanın baş məşqçisi Semyon Çterev, böyük məşqçi Konstantin Konorev, gənc qızlardan ibarət yığma komandanın böyük məşqçisi Yaqub Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışına 14 güləşçi cəlb olunub.

Türkan Nəsirova (44 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan, Leyla Qurbanova, Solmaz Həşimzadə (hamısı 53 kq), Nataliya Sinişin, Alyona Kolesnik, Almaz İsmayılova (hamısı 55 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Muşka (69 kq), Səbirə Əliyeva və Gözəl Zutovanın (hər ikisi 75 kq) iştirak etdiyi təlim-məşq toplanışı mayın 20-dək davam edəcək.

Qeyd edək ki, “Bakı-2015”in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar 13-18 iyun tarixlərində keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail