Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

06.05.2015 | 3225 dəfə oxunub

Mayın 13-də Rusiyada start götürəcək taekvondo üzrə böyüklər arasında dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb. Stadium.Az xəbər verir ki, Çelyabinsk şəhərindəki “Traktor” arenasında  5 gün davam edəcək mundialda ölkəmizi  15 idmançı təmsil edəcək.

Belə ki, kişilərdən ibarət komandanın baş məşqçisi Reza Mehmandoust dünya çempionatında Mikayıl Əliyev (54 kq), Məhəmməd Məmmədov (58 kq), Sina Bahrami (63 kq), Ayxan Tağızadə (68 kq), İlkin Şahbazov (74 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (87 kq), Əhməd Mohammadiyə (+87 kq) şans verəcək.

Qadınlar isə 7 taekvondoçu ilə təmsil olunacaq. Baş məşqçi Sun Mi Park bu mötəbər yarışda Çeren Özbək (46 kq), Patimat Abakarova (49 kq), Lazara Caridad Povea (53 kq), Günay Ağakişiyeva (57 kq), Daria Skorko (62 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeevanı (73 kq) sınaqdan keçirəcək.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 7-də Rusiyaya yollanacaq. Komandamız vətənə ayın 18-də dönəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail