Mübariz Mənsimovun yüksək sürətli özəl sualtı qayığı

06.05.2015 | 3891 dəfə oxunub

ABŞ-ın "DeepFlight" şirkəti bu gün elan edib ki, azərbaycanlı oliqarx və  gəmiçilik maqnatı Mübariz Mənsimovun "Palmarina Bodrum" şirkətinin sifarişi əsasında  "DeepFlight Super Falcon" yüksək sürətli özəl sualtı qayığını sifarişçiyə çatdırıb.

Stadium.az  şirkətdən yayılan rəsmi açıqlamaya istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında mənzillənmiş və özəl sualtı qayıqların istehsalı ilə məşğul olan "DeepFlight" şirkəti həmin sualtı qayığı xüsusi sifariş əsasında istehsal edib.

Sualtı qayıq böyük yaxtalardan və ya sahildən suya endirilə bilər. Tamamilə elektrik mühərrikləri ilə işləyir, heç bir səs çıxarmır, yüksək sürətlidir və bu keyfiyyətinə görə "sualtı qırıcı təyyarə" adı alıb.

Sualtı qayıq iki nəfərlikdir, dənizlərin və okeanların dibində 120 metr diametrdə zonanı müşahidə etməyə imkan verir.

"DeepFlight" şirkətinin qurucusu Qrem Houks bəyan edib: "Biz çox şadıq ki, "Palmarina Bodrum" "DeepFlight Super Falcon" sualtı qayığına malik olan ilk gəmiçilik şirkətidir. Yüksək komforta, təhlükəsizliyə və 360 dərəcə bucaq altında müşahidə aparmaq imkanlarına malik olan "DeepFlight Super Falcon" sualtı qayığı Türkiyənin Bodrum sahillərinin gözəl suları altında müşahidə aparmaq üçün unikal imkanlar açır".

"Palmarina Bodrum" şirkətinin baş direktoru Cenk Bircan isə "DeepFlight Super Falcon" sualtı qayığını qəbul etməkdən çox məmnun olduqlarını, şirkətin "Xazar Yıldızı" sualtı qayığı ilə birlikdə müştərilərə yüksək keyfiyyətli xidmət göstərəcəklərini bildirib.

""Palmarina Bodrum" artıq regionu dünyanın məşhur yelkənli qayıq mərkəzinə çevirib və gözləyirik ki, tezliklə sualtı qayıqlar üçün də misilsiz baza olacaq" - deyə Bircan bildirib

Bodrum sahillərindəki dəniz limanı 2011-ci ildə Mübariz Mənsimovun "Palmali Group" şirkəti tərəfindən alınıb və orada meqa-qiqa yaxtalar üçün liman yaradılıb. "Palmarina Bodrum" eyni vaxtda 620 gəmi qəbul edə bilir və uzunluğu 40 metrdən çox olan 70-dən çox meqa-yaxtaların orada lövbər salması üçün imkan var.

Ərəb şeyxlərinin, dünyanın məşhur milyarderlərinin, o cümlədən azərbaycanlı zənginlərin meqa-yaxtaları tez-tez Mənsimovun limanında yer alır. Limanda yeddiulduzlu istirahət və əyləncə kompleksi də yaradılıb.

"DeepFlight Super Falcon" sualtı qayıqlarını indiyədək milyarderlər alırdı. Onların arasında britaniyalı milyarder Riçard Brenson, "Red Bull"un təsisçisi Ditrix Mateşits, vençur kapitalisti Tom Perkins və digərləri var.

Qayığın qiyməti 1,7 milyon dollardan bir neçə milyon dollara qədər dəyişə bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail