Aprel ayının ən yaxşısı müəyyənləşdi

06.05.2015 | 3406 dəfə oxunub

Beynəlxalq Boks Federasiyası (AİBA) aprel ayının ən yaxşı boksçusunun adını açıqlayıb. Stadium.Az xəbər verir ki, Azərbaycan milli komandasının və "Baku Fires" klubunun üzvü Albert Səlimov ötən ayın ən yaxşısı seçilib. Boksçumuz WSB liqasının cari mövsümündə 6 görüşdə qələbə qazanaraq, fərdi reytinqdə 2-ci yeri tutub. AİBA-nın rəsmi saytında Səlimov haqqında ətraflı məlumat verilib. 

Albert Səlimov 1986-cı ildə Dağıstanın Kaspiysk şəhərində anadan olub. O, ilk dəfə olarar 2004-cü ildə Koreyanın Jeju şəhərində keçirilən yeniyetmələr arasında dünya birinciliyində iştirak edib. Səlimov ilk dəfə 20 yaşı olarkən – 2006-cı ildə böyüklər arasında Rusiya çempionatında 1-ci yerə layiq görülüb. Həmin il Bolqarıstanın Plovdiv şəhərində Avropa çempionatına qatılan boksçu qızıl medala sahib olub. Onun karyerasının əsas uğurlarından biri 2007-ci ildə dünya çempionatında ukraynalı Vasili Lomaçenkonu məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxması olub. Ancaq Səlimov 2008-ci ildə Pekin Olimpiadasında ukraynalı rəqibinə ilkin mərhələdə uduzub. Son illərdə WSB liqasında mübarizə aparan boksçunun əsas məqsədlərindən biri Rio de Janeyro Olimpiadasında uğur qazanmaqdır.

2013-cü ildən “Baku Fires” klubunun heyətində Ümumdünya Boks Seriyasında çıxış edən boksçu 60 kq çəki dərəcəsində ən yaxşılardan sayılır. O, bu mövsüm 2 qat Qazaxıstan çempionu Zakir Safiullin kimi güclü rəqibi məğlub edib. Son döyüşdə amerikalı Karlos Balderası məğlub edən Səlimov Olimpiya oyunlarına vəsiqə qazanıb.

Albert Səlimov: “Mən 8 il Rusiya millisinin heyətində öz çəkimdə 1 nömrə olmuşam. 2008-ci ildə Pekin Olimpiadasına qızıl medal qazanmaq üçün getmişdim. Amma ilk görüşdə ukraynalı Vasili Lomaçenkoya uduzdum. 2012-ci ildə London Olimpiadasına vəsiqə qazana bilmədim. Bundan sonra həyatımda müəyyən dəyişiklik etməyi qərara aldım. Əvvəlki səhvlərimdən nəticə çıxararaq Rio Olimpiadasında qarşıya qoyduğum məqsədə çatmağa çalışacam”. 

Albert Səlimov hazırda Azərbaycan milli komandasının heyətində Meksikada təlim-məşq toplanışındadır. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail