"Bakı-2015": Bu dəfə Qətərdə

05.05.2015 | 3603 dəfə oxunub

6-11 may 2015-ci il tarixdə Qətərin paytaxtı Doha şəhərində güləş üzrə böyüklər arasında Asiya çempionatı keçiriləcək. Stadium.Az xəbər verir ki, çempionatdan öncə Dünya Güləş Birliyi Asiya Şurasının növbəti Konqresi keçirilib. Tədbirdə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev və Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov da iştirak edib.

Konqresdə gündəlikdə duran məsələlərin müzakirəsi ilə yanaşı,  tarixdə ilk dəfə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının təqdimatı da keçirilib.

Əvvəlcə Avropa Oyunlarına hazırlıqdan bəhs edən video və fotoslayd nümayiş etdirilib. Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev Avropa Oyunlarına hazırlıq işləri və Oyunların dünya idman tarixində əhəmiyyəti barədə ətraflı məlumat verərək, ölkəmizin bu tarixi hadisəyə ciddi hazırlaşdığını bildirib. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin hazırlıq prosesini daim diqqətdə saxladığını qeyd edən AGF rəsmisi Oyunların təşkili üçün tikilən və yenidən qurulan idman arenaları barədə də məlumat verib. Qeyd edib ki, Oyunların Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması üçün yerli və xarici mütəxəssislərin təcrübəsindən faydalanıb.

“İki il bundan öncə bir çoxları üçün mümkünsüz görünən işlər həyata keçirilib. Bir çox idman obyektləri ilk dəfə tikilib, bəziləri təmir edilərək yenidən qurulub. Milli Gimnastika Arenası, Su idmanı Sarayı, açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi Olimpiya stadionu tikilib istifadəyə verilib. Əl Oyunları İdman Sarayı, Heydər Əliyev adına İdman Sarayı müasir dövrün tələblərinə uyğun təmir edilib. Azərbaycanda buna qədər də müxtəlif idman növləri üzrə beynəlxalq yarışlar, Avropa və Dünya çempionatları keçirilib. Ölkəmiz təşkilatçılıq baxımdan zəngin təcrübəyə malikdir. Əminik ki, I Avropa Oyunları zamanı bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycana, paytaxtımız Bakıya yönələcək. Tarixdə ilk dəfə keçirildiyi üçün Avropa Oyunlarının standartı məhz Azərbaycanda formalaşdırılacaq. Bir ay sonra Bakıda həm təşkilatçılıq baxımdan, həm də Oyunların standartı baxımından dünya idmanı tarixində yeni bir səhifə yazılacaq".

AGF I vitse-prezidenti Namiq Əliyev Dünya Güləş Birliyi Asiya Şurasının üzvlərini 12-28 iyun tarixlərində Bakıda baş tutacaq ilk Avropa Oyunlarına dəvət edib.

“Bakı-2015”in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar 13-18 iyun tarixlərində keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail