Millimiz Meksikaya yollandı

05.05.2015 | 3067 dəfə oxunub

Avropa Oyunlarına hazırlaşan boks üzrə milli komandamız Meksikaya təlim-məşq toplanışına yollanıb. Stadium.Az xəbər verir ki, mayın 24-ə kimi davam edəcək hazırlıq prossesində seçməmizin bütün liderləri iştirak edəcək.

Komandamızla yanaşı, Meksika, Panama eləcə də həmin bölgədə yerləşən digər ölkələrin də boksçularının toplanışda iştirakı gözlənilir. Millimiz Meksikaya baş məşqçi Pedro Rok, məşqçilər Nəriman Abdullayev və Lazaro Ximenes Martinesin rəhbərliyi altında 17 idmançıyla yollanıb.

İki dəfə dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov, dünya çempionu Cavid Çələbiyev, Avropa çempionu, dünya çempionatının və Olimpiya oyunlarının mükafatçısı Teymir Məmmədov kimi yığmamızın liderləri hazırlıq prossesinə qatılıblar.

WSB liqasında “Baku Fires” klubunun heyətində mübarizə aparan Albert Səlimov, Pərviz Bağırov, Soltan Migitinov və Abdulqadir Abdullayev də milli komandanın heyətinə cəlb olunublar.

49 kq – Salman Əlizadə, Rüfət Hüseynov
52 kq – Elvin Məmişzadə, Məsud Yusifzadə 
56 kq – Cavid Çələbiyev, Tayfur Əliyev 
60 kq – Elvin İsayev, Albert Səlimov
64 kq – Lorenzo Sotomayor
69 kq – Tamerlan Abdullayev, Pərviz Bağırov 
75 kq – Kamran Şahsuvarlı, Xaybulla Musalov
81 kq – Soltan Migitinov
91 kq – Teymur Məmmədov, Abdulqadir Abdullayev 
+91 kq – Məhəmmədrəsul Məcidov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail