"Baku Fires" - "Mexico Guerreros": heyətlər açıqlandı

04.05.2015 | 3122 dəfə oxunub

Mayın 6-7-də Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Stadium.Az xəbər verir ki, Azərbaycanı bu yarışda təmsil edən “Baku Fires” A qrupunda 3-cü yeri tutan “Mexico Guerreros” klubu ilə qarşılaşacaq.

İlk yarış günündə çəkisi 49, 56, 64,  75, 91 kq olan boksçular rinqə çıxacaq. Mayın 7-də isə digər çəki dərəcələrində çıxış edən idmançılar güclərini sınayacaq.        

Komandaların heyətləri artıq məlumdur:

“Baku Fires” – “Mexico Guerreros”    

49 kq. Rəsul Saliyev – Jozelito Velaskes Altimirano       
56 kq. Yaraş  Maqomedov – Alfredo Çirno Sançes      
64 kq. Zaur Abdullayev – Raul Kuriel Qarsiya         
75 kq. Jaba Xositaşvili – Rodrigez Olivas         
91 kq. Leonid Çernobayev – Kastillyo Torres    

Məşqçilər korpusu Olimpiya oyunlarına lisenziya uğrunda mübarizənin başa çatdığını nəzərə alaraq, ehtiyat qüvvəyə şans verib. Bu görüşdə komandamızın heyətində üç  boksçu – Yaraş Maqomedov, Zaur Abdullayev və Leonid Çernobayev debüt edəcək.

Meksika klubu isə “Baku Fires”lə görüşə güclü heyətlə çıxacaq. 49 kq çəki dərəcəsində döyüşəcək Velazkes Altimirano fərdi reytinqdə 3-cü yeri tutaraq, son anda Rio De Janeyro Olimpiadasından kənarda qalıb.  O, cari mövsümdə 6 qələbə qazanıb, 1 dəfə məğlub olub.

64 kq çəki dərəcəsində Zaur Abdullayevi də çətin görüş gözləyir. Boksçumuz Rio Olimpiadasına vəsiqə qazanan Raul Kuriel Qarsiya ilə üz-üzə gələcək. Meksika boksçusu bu mövsüm 6 görüşdə qalib gəlib, birində məğlub olub.

Xositaşvili və Çernobayevin rəqibləri  elə də yaxşı təsir bağışlamadıqlarından hər iki boksçumuzun qələbə şansları yüksək qiymətləndirilir.

Bu cütdə qələbə qazanan komanda yarımfinalda liqanın son qalibi “Cuba Domaderos”la görüşəcək və hər iki qarşılaşma rəqib meydanında olacaq.

Digər 1/4 finalda isə Rusiya boksçuları “İtalia Thunder”lə üz-üzə gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail