Elmar Qasımov hamını qabaqladı

04.05.2015 | 3182 dəfə oxunub

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Stadium.Az xəbər verir ki, may üçün müəyyənləşən siyahıda Azərbaycan millisinin idmançıları da var.

Hacıağa Hacıəhmədovun yetirmələri ən yaxşı nəticə Elmar Qasımova məxsusdu. İştirak etdiyi son yarışlarda özünü yaxşı tərəfdən göstərən cüdoçumuz 100 kq çəki dərəcəsində 2-ci pillədədi. Yığmamızın aparıcı üzvlərindən Qasımovla yanaşı, daha 3 həmyerlimiz ilk “10-luq”da qərarlaşıb. Orxan Səfərov (60 kq) 3-cü, Rüstəm Orucov (73 kq) 5-ci və Elxan Məmmədov (100 kq) 8-ci yeri tutur.

Böyük perspektiv vəd edən Məhəmmədəli Mehdiyev komanda yoldaşlarından fərqli, 2 çəkidə ölkəmizin ən yaxşısıdı. 81 kq çəki dərəcəsində 59-cu olan cüdoçumuz 90 kq-da 49-cudu.

Komandamızın digər üzvlərinə gəlincə, İlqar Müşkiyev (60 kq) 14-cü, Nicat Şixəlizadə 20-ci, Tərlan Kərimov (hər ikisi 66 kq) 34-cü, Tural Səfquliyev (81 kq) 97-ci, Şahin Qəhrəmanov (90 kq) 55-ci, Uşanqi Kokauri (+100 kq) 37-ci və Kifayət Qasımova (57 kq) 36-cı yerdə qərarlaşıb.

Bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail