Fariz Məmmədovdan növbəti nokaut

04.05.2015 | 3175 dəfə oxunub

Azərbaycanı və “Qəbələ” İdman Klubunu (İK) peşəkar boksda təmsil edən Fariz Məmmədov növbəti döyüşünü keçirib. Stadium.Az xəbər verir ki, 35 yaşlı idmançımız Avropa Azərbaycan Cəmiyyəti, Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniyada Azərbaycan diasporunun dəstəyi ilə təşkil olunan möhtəşəm boks gecəsində rinqə çıxıb. Bu döyüş ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş yarış çərçivəsində baş tutub.

Mayın 2-də Almaniyada keçirilən döyüşdə Məmmədovun rəqibi belaruslu Andrey Abramenko olub. Qarşılaşma reytinq xarakteri daşıyıb. Bunadək çıxdığı 29 döyüşdə 20 qələbəsi, 2 heç-heçəsi, 7 məğlubiyyəti olan rəqiblə döyüşün 10 raund davam etməsi nəzərdə tutulsa da, idmançımız görüşün taleyini vaxtından əvvəl həll edib. Belə ki, Məmmədov 2-ci raundda qalib gəlib. O, buna rəqibini nokauta göndərməklə nail olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail