"Bakı-2015": Daha 6 müqavilə

01.05.2015 | 3108 dəfə oxunub

Bakı-2015 iyunun 12-28-də keçiriləcək I Avropa Oyunlarının Avropa və Mərkəzi Asiyada nümayişini təmin edəcək sazişlərə imza atıb. Stadium.Az xəbər verir ki, Əməliyyat Komitəsi daha 6 kanalda Oyunların göstərilməsini rəsmiləşdirib.

Belə ki, aşağıda adları çəkilən kanallarla sazişlər bağlanıb:

* NOS – Hollandiyanın Olimpiya Oyunlarını yayımlamaq hüququna malik olan və ödənişsiz ictimai yayım şirkəti

* “DIGISport” kanalı ilə birlikdə Çexiya televiziyası da Çex Respublikasındakı milyonlarla izləyici üçün Avropa Oyunlarının hər gün geniş şəkildə yayımını həyata keçirəcək.

* TV6 – BAOƏK, Avropa Oyunlarının TV6 kanalında ödənişsiz yayımlanması üçün Bakı-2015 Modern Times Group-un bir hissəsi olan TV6 kanalına lisenziya vermək barədə Litva Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq edir

* ORF – Avstriyanın ictimai yayım şirkəti Oyunların eksklüziv yayım hüququna malikdi və ORF Sport Plus kanalı vasitəsilə hər gün Oyunların əsas məqamlarından ibarət 1 saatlıq veriliş təqdim edəcək.

* Setanta Sports Eurasia – Türkmənistanda və Özbəkistanda müstəsna televiziya hüquqları əldə edib

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Londonda məşhur “Dorchester” otelində Bakı-2015 Avropa Oyunlarının şərəfinə keçirilən və Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyinin təşkilatçılığı ilə baş tutan möhtəşəm gecədə bu 6 yeni yayım tərəfdaşları ilə imzalanmış sazişlərdən əlavə, Oyunları televiziya vasitəsilə izləyəcək auditoriyanın miqyası barədə də qısa məlumat verib.

O bildirib ki, bu sazişlər Bakı-2015-in Avropada və onun hüdudlarından kənarda göstərilən marağı əks etdirir: “Avropa üzrə bağladığımız yayım sazişləri, Avropanın 32 ölkəsində Oyunları cəmi 75% olmaqla, 225 milyondan çox ailənin izləyə biləcəyi anlamına gəlir. Dünyanın müxtəlif telekanalları ilə bağladığımız sazişlər, ilk Avropa Oyunlarının həqiqətən beynəlxalq tamaşaçı kütləsi tərəfindən seyr ediləcəyinə zəmanət verir”.

Bakı-2015 tərəfindən bağlanmış bu son müqavilələr sayəsində yarışlar Avropanın bütün guşələrində və dünyada yayımlanacaq. Birləşmiş Ştatlar, Kanada, Avstraliya, Çin, Honq-Konq, Hindistan, Latın Amerikası və Ərəb Dünyası, Şimali Afrika ilə sazişlər imzalanıb.

Hollandiya Milli Olimpiya Komitəsinin prezidenti Andre Bolhisin sözlərinə görə, NOS-un I Avropa Oyunlarını yayımlacağı və Bakıda mübarizə aparan idmançılarımızı dəstəkləyə biləcəyimiz xəbəri yerli idmançılar üçün möhtəşəm xəbərdi: “Hollandlar idmanı sevirlər və Bakı-2015 Avropa Oyunları zamanı NOS-un həyata keçirdiyi yayım vasitəsilə izləyicilərin mübarizəyə qoşulan idmançılarımızı dəstəkləyəcəyinə əminəm. Digər tərəfdən, 2019-cu ildə növbəti Avropa Oyunlarına ev sahibliyi etmək istədiyimizi nəzərə alsaq, xalqımızın Oyunlarla tanışlığı bizim üçün önəmli məsələlərdəndi”.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail