Ölkə çempionatı start götürür

30.04.2015 | 2877 dəfə oxunub

Sərbəst və yunan-Roma güləşi üzrə 1998-99-cu il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək. Stadium.Az xəbər verir ki, çempionatın keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq və yeniyetmələrdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır.

Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarış iki mərhələdən ibarətdir. İlk mərhələdə 25 aprel - 8 may 2015-ci il tarixlər arasında AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə Region birinciliyi uğrunda yarışlar keçirilir.

25-26 aprel tarixlərində AGF-nin 3, 5 və 6 saylı nümayəndəliklərdə seçim yarışları keçirilib. 2 və 4 saylı nümayəndəliklərdə seçim yarışları mayın 1-2-də, 7 saylı nümayəndəlikdə isə, mayın 2-3-də baş tutacaq. Bakı və ətraf qəsəbələri əhatə edən 1 saylı nümayəndəliyin seçim yarışı isə 5-8 may tarixlərində Hövsan Olimpiya İdman Kompleksində keçiriləcək.

İkinci mərhələdə isə, Regionlararası seçim yarışlarının nəticələrinə əsasən 19-21 may 2015-ci il tarixdə yeniyetmələrin Azərbaycan çempionatı baş tutacaq. Final yarışlarında ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail