Boksçularımız 9 medal qazandı

30.04.2015 | 2139 dəfə oxunub

Şağan Olimpiya Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan boks üzrə yeniyetmələr arasında beynəlxalq turnirə yekun vurulub. Stadium.Az xəbər verir ki, komandamız yarışda 3 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub.

57 kq çəki dərəcəsində mübarizə aparan Elton Məmmədov finalda qazaxıstanlı Nurbol Sultanbayı məğlub edərək, 1-ci yerə layiq görülüb. Bəxtiyar Qazıbəyov da (60 kq) turniri 1-ci yerdə başa vurub. Həmyerlimiz həlledici görüşdə Türkiyə idmançısı Tuğrulxan Erdemir üzərində qələbə qazanıb – 3:0.

+80 çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Milli komandamızın üzvü qazaxıstanlı Ardak Alimxanı məğlub edib – 3:0.

52 kq çəki dərəcəsindəki təmsilçimiz Niyaməddin Allahverdiyev yalnız finalda özbəkistanlı Murodjon Əliyevə uduzaraq (0:3) 2-ci olub. Şaiq Məlikov da (70 kq) final görüşündən məğlub ayrılıb.

Boksçumuz Daulet Zauşevə (Qazaxıstan) yenilib – 0:3. Fərid Səfərli (46 kq), Cavid Hüseynov (48 kq), Polad Hüseynov (52 kq) və Orxan Həsənov (54 kq) isə yarımfinalda uduzaraq, 3-cü yerlə kifayətləniblər.

Komanda hesabında Qazaxıstan 1-ci, Özbəkistan 2-ci, Azərbaycan isə 3-cü yeri tutub.

Bu yarış mayın 15-dən 24-dək Ukraynanın Lvov şəhərində keçiriləcək yeniyetmələr arasında Avropa birinciliyinə hazırlıq xarakteri daşıyıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail