"Bakı-2015": Polşa 15 cüdoçu ilə gəlir

29.04.2015 | 2323 dəfə oxunub

Avropa Oyunlarında yarışacaq 9 cüdoçu Polşa milli çempionatında qızıl medala yiyələnib. Stadium.Az xəbər verir ki, Polşa Cüdo Federasiyası Polşa Milli Çempionatından sonra Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək 15 cüdoçunu müəyyən edib. Həmçinin 15 cüdoçudan 9-u titul uğrunda mübarizə aparacaq.  

Bakı 2015 üçün altı qadın cudoçudan beşi özlərinin milli titullarını almış cüdoçulardır. Belə ki, buraya London 2012 Olimpiya Oyunlarının iştirakçısı, 70 kq çəkidə yarışan Katarzyna Klys və 78 kq çəkidə mübarizə aparan Daria Pogorzelec daxildir. Digər qaliblər isə 48 kq çəkidə yarışan Eva Konieczny, 57 kq çəkidə gənclər arasında keçirilmiş dünya çempionatının qalibi Arleta Podolak və 2014 Avropa Oyunlarının bürünc medalçısı Agata Ozdobadır. Lakin Agata Perenc 52 kq çəkidə Karolina Pienkovska-ya məğlub olaraq, Polşa çempionu titulunu qazana bilmədi.

Jakub Kubieniec finalda 81 kq çəkidə Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək Lukasz Blach ilə mübarizə apardı. Belə ki, Jakub Vojcik 100 kq çəkidə qalib oldu, Maciej Sarnacki +100 kq çəkidə titul uğrunda mübarizə apardı. Damian Szvarnoviecki isə 73 kq çəkidə qızıl medala yiyələndi. 66 kq çəkidəki yarışda üzücü hadisə baş verdi. Belə ki, Avropa Oyunlarında iştirak edəcək idmançı kimi namizədliyi irəli sürülməməsinə baxmayaraq, Michal Bartusik yarışda qalib gəldi. O, Bakı 2015 cüdoçuları  Aleksander Beta və Pawel Zagrodnik ilə mübarizə apardı. O, London 2012 Oyunlarında sonuncu dördüncü yerlə kifayətlənmişdi. Bakı 2015 cüdoçuları Lukasz Kielbasinski və Patryk Ciechomski Polşada müvafiq olaraq 60 kq və 90 kq çəkidə Marek Krecielevski  və Piotr Kuczera qalibiyyətini izlədi.

Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək Polşa cüdo komandasının üzvləri aşağıdakılardır:

Qadınlardan ibarət komanda: Eva Konieczny (48 kq), Agata Perenc (52 kq), Arleta Podolak (57 kq), Agata Ozdoba (63 kq), Katarzyna Klys (70 kq), Daria Pogorzelec (78 kq)

Kişilərdən ibarət komanda: Lukasz Kielbasinski (60 kq), Aleksander Beta, Pavel Zagrodnik (hər ikisi 66 kq), Damian Szwarnowiecki (73 kq), Lukasz Blach, Jakub Kubieniec (hər ikisi 81 kq), Patryk Ciechomski (90 kq), Jakub Vojcik (100 kq), Maciej Sarnacki (+100 kq).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail